Azərbaycan Texniki Universitetinin (AzTU) ilk kafedralarından olan Ali riyaziyyat kafedrası 1950-ci ildə fəaliyyətə başlayıb.
1976-cı ildə professor Kərim Abdulxaliq oğlu Kərimovun təşəbbüsü ilə Tətbiqi və hesablama riyaziyyatı kafedrası yaradılıb. Sonra bu kafedra Tətbiqi riyaziyyat adlandırılıb. Daha sonra kafedra Riyaziyyat-2 adı altında fəaliyyətə başlayıb.
2001-ci ildə Riyaziyyat-1 və Riyaziyyat-2 kafedraları birləşdirilərək Riyaziyyat kafedrası adlandırılıb. 2019-cu ildə kafedranın adı yenidən dəyişilərək Mühəndis riyaziyyatı kafedrası adlandırılıb.
2021-ci ildə universitetdə struktur dəyişikliyi ilə əlaqədar olaraq İnformasiya texnologiyaları və proqramlaşdırma və Mühəndis riyaziyyatı kafedraları birləşdirilərək onların bazasında Mühəndis riyaziyyatı və süni intellekt kafedrası yaradılıb.
Kafedrada bakalavr və magistr (10 ixtisaslaşma) səviyyələrində 3 ixtisas üzrə kadr hazırlanır.
Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının məqsədi:
· Mühəndis riyaziyyatı, proqram mühəndisliyi və süni intellekt sistemləri üzrə tədris olunan fənnlərdə elmi-praktiki problemləri aradan qaldırmaq məqsədi ilə dünyanın nüfuzlu universitetlərinin təcrübəsindən faydalanmaq.
· Kafedranın əməkdaşları ilə birgə tələbələri, magistrantları və doktorantları istər yerli, istərsə də xarici qrant layihələrinə cəlb etmək.
· Yerli və beynəlxalq elmi-praktiki yarışlarda, olimpiadalarda iştirak edəcək tələbələri hazırlamaq.
Kafedranın elmi istiqamətləri:
Kafedrada elmi tədqiqat işləri əsasən aşağıdakı istiqamətlərdə yerinə yetirilir:
• İnformasiyanın məhdudluğu şəraitində texniki sistemlərin idarə edilməsi metod və alqoritmlərinin işlənməsi;
• Korporativ informasiya sistemlərində və bulud (Cloud Computing) texnologiyalarıdan istifadədə təhlükəsizliyinin təmin olunması metodlarının işlənməsi;
• Süni intellekt (Artificial Intelligence) və intellektual proqram (Software) məhsullarının elmi-praktiki problemləri;
• Böyük verilənlər (Big Data) və verilənlərin intellektual analizi (Data mining) texnologiyalarının perspektivləri və işlənilməsi problemləri.
Kafedranin əməkdaşlığı:
Azərbaycan Respublikasında fəaliyyət göstərən universitetlərin uyğun kafedraları
AMEA institutları
Türkiyə Universitetləri
Rusiya Federasiyasının universitetləri