Kibertəhlükəsizlik və Süni İntellekt İnstitutu

Kibertəhlükəsizlik və Süni İntellekt İnstitutu haqqında

Kibertəhlükəsizlik və Süni İntellekt İnstitutu Azərbaycan Texniki Universitetinin (bundan sonra – AzTU) Elmi şurasının 3 fevral 2021-ci il tarixli qərarına əsasən AzTU-nun rektorunun 8 sentyabr 2021-ci il tarixli 325 Ş(s) №li əmri ilə yaradılıb.

İnstitutun məqsədi: 

İnstitutun yaradılmasının məqsədi qabaqcıl  elmi və texnoloji prinsiplərə əsaslanan yeni kibertəhlükəsizlik və süni intellekt texnologiyalarının formalaşmasına və inkişafına töhfə vermək üçün tətbiqi və fundamental tədqiqatlar aparmaq və bu sahədə texnoloji inkişafı dəstəkləmək, yeni təhlükəsizlik həlləri təklif etməkdir.