İnstitutun əsas fəaliyyət istiqamətləri:

İnstitut bu məqsədə nail olmaq üçün aşağıdakı fəaliyyət istiqamətlərinə fokuslanır:

  1. Dövlət və özəl sektor təşkilatları tərəfindən sifariş edilmiş elmi-tədqiqat işlərini yerinə yetirmək üçün yerli və zəruri hallarda xarici təşkilatlarla əməkdaşlıq çərçivəsində fundamental və tətbiqi tədqiqatların aparılması;
  2. AzTU-da kibertəhlükəsizlik sahəsində və süni intellekt texnologiyalarının tətbiqi üzrə aparılan elmi-tədqiqat işlərinin dəstəklənməsi və koordinasiyası;
  3. Kibertəhlükəsizlik və Süni intellekt üzrə aparıcı mütəxəssislərin AzTU-da tədqiqat işlərinə cəlb edilməsi, bu sahədə yüksək ixtisaslı tədqiqatçı kadrların hazırlanması;
  4. Kibertəhlükəsizlik və Süni intellekt  sahəsində innovativ xarici texnologiyaların, tədqiqat və inkişaf fəaliyyətlərinin izlənilməsi və ölkədə tətbiq imkanlarının axtarışı;
  5. AzTU-da kibertəhlükəsizlik sahəsində təhsilin, süni intellekt sahəsində layihələrə əsaslanan təhsilin təşkilinə dəstək verilməsi, o cümlədən bakalavriat və magistratura tədris proqramlarının təkmilləşdirilməsi;
  6. Kibertəhlükəsizlik və Süni intellekt üzrə müxtəlif səviyyəli təhsil, təlim və peşəkar inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi;
  7. Kibertəhlükəsizlik infrastrukturun qurulması, Süni intellekt texnologiyalarına əsaslanan infrastrukturun qurulması sahəsində çalışan yerli müəssisə və təşkilatlara məsləhət və elmi ekspertiza xidmətlərinin göstərilməsi;
  8. Kibertəhlükəsizlik və süni intellekt sahəsində həyata keçirilən beynəlxalq və yerli layihələrdə, simpozium və konfranslarda iştirak.