Fəaliyyət istiqamətləri:
§ Elmi-tədqiqat işlərinin təşkili: universitet daxilində data elmi və süni intellekt sahəsində aparılan tədqiqat işlərinə dəstək vermək.
§ Kadr hazırlığı: data elmi və süni intellekt üzrə aparıcı mütəxəssislərin universitetdə tədqiqatlara cəlb edilməsi və bu sahədə yüksək ixtisaslı kadrların yetişdirilməsi.
§ Multidissiplinar tədqiqatların aparılması: data elmi və süni intellektin səhiyyə, kənd təsərrüfatı, enerji, logistika, sənaye, təhsil və digər sahələrdə tətbiqi üzrə tədqiqatlar aparmaq və layihələr həyata keçirmək.
§ Sifarişlərin yerinə yetirilməsi: dövlət və özəl sektorun ehtiyaclarına uyğun fundamental və tətbiqi xarakterli tədqiqatların həyata keçirilməsi.
§ Təhsil proqramlarının təkmilləşdirilməsi: bakalavriat və magistratura səviyyələrində data elmi və süni intellekt sahəsində tədris proqramlarının təkmilləşdirilməsi və yenilənməsi.
§ Beynəlxalq və yerli layihələrdə iştirak: data elmi və süni intellekt sahəsində həyata keçirilən yerli və beynəlxalq konfranslarda, seminarlarda və layihələrdə iştirak etmək.
§ Elmi əməkdaşlıq: ölkə və xarici tədqiqat mərkəzləri və universitetlərlə elmi əməkdaşlıq qurmaq.