Azərbaycan Texniki Universitetində Strateji inkişaf planına uyğun olaraq monitorinq və qiymətləndirmə proseslərinin izlənilməsi, institusional və proqram akkreditasiya proseslərinin təşkili, özünütəhlil fəaliyyətləri əsasında təkmilləşdirmə planlarının hazırlanması, həmçinin universitetin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi məqsədilə AzTU-nun 14 may 2025-ci il tarixli F-67 nömrəli əmri ilə Keyfiyyət və Reytinqlərin İdarəedilməsi Komitəsi yaradılmışdır. Universitet üzrə keyfiyyət təminatı sisteminin strateji əsaslarla formalaşdırılması və davamlı inkişaf etdirilməsi, daxili və xarici qiymətləndirmələrə hazırlığın təmin edilməsi, müvafiq göstəricilərin yaxşılaşdırılması komitənin əsas fəaliyyət istiqamətlərindəndir. Eyni zamanda milli və beynəlxalq reytinqlərdə universitetin mövqeyinin yüksəldilməsi üçün indikatorlara əsaslanan təhlillər aparılması və fəaliyyətlərin əlaqələndirilməsi daxildir. Komitənin ümumi məqsədi universitetdə təhsil və elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq və yerli reytinqlərdə mövqeyin yaxşılaşdırılması, keyfiyyət təminatı mexanizmlərinin tətbiqi və davamlı inkişafın təmin olunmasıdır. Komitə aşağıdakı tərkibdən ibarətdir:
Komitənin sədri | |
Sübhan Nadir oğlu Namazov | Elm və innovasiyalar üzrə prorektor |
Komitənin katibi | |
Pərvanə Firdovsi qızı Mövsümova | Keyfiyyətin təminatı şöbəsinin müdiri |
Komitənin üzvləri | |
İsa Əli oğlu Xəlilov | Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının müdiri |
Fərqanə Qəzənfər qızı Musayeva | İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı |
Ramiz Məhəmməd oğlu Alıquliyev | AzTU-nun Data Elmi və Süni İntellekt İnstitutunun direktoru |
Mustafa Güden | İzmir Yüksək Texnologiyalar Universitetinin AzTU-ya dəvət edilmiş professoru |
Nadir Arzu oğlu Atayev | AzTU-nun doktorantı, “Azərkosmos” ASC-nin “Aerokosmik və Robotexnika” qrupunda mühəndis |
Kənar ekspertlər | |
Elçin Bəhman oğlu Süleymanov | Milli Observatoriyanın İdarə Heyətinin sədr müavini |
Hilal Fizuli oğlu Əfrasiyabov | Nokia şirkətinin Azərbaycan nümayəndəliyinin istehsalatla əlaqə departamentinin rəhbəri |
SƏNƏDLƏR:
KEYFİYYƏT VƏ REYTİNQLƏRİN İDARƏEDİLMƏSİ KOMİTƏSİNİN ƏSASNAMƏSİ
Birinci görüş:
- Görüş protokolu
- Görüş şəkilləri