Sənaye Dizaynı, Yeni Material və Texnologiyalar İnstitutunun direktoru

professor, t.e.d. Uğurlu Məhəmməd oğlu Nadirov

Tel: (+994 12) 539 12 27

E-poçt: ugurlu.nadirov@aztu.edu.az 

Uğurlu Məhəmməd oğlu 1990-cı ildə Azərbaycan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş və həmin ildən etibarən Maşınqayırmada Avtomatlaşdırılmış Layihələndirmə Sistemləri kafedrasında gənc mütəxəssis kimi fəaliyyət göstərmişdir.

1995-1998-ci illərdə aspirantura təhsili almış, 1998-ci ildə 05.02.08 - Maşınqayırma texnologiyası ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini almışdır.

U.M. Nadirov 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını almışdır.

2021-ci ildə isə 3313.01 - "Maşınqayırma texnologiyası" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək, texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.

U. M. Nadirov 112 elmi əsərin , o cümlədən 1 patent, 1 monoqrafiya, 2 dərslik, 5 dərs vəsaiti və 3 metodiki göstərişin müəllifidir. Elmi əsərləri Amerika, Rusiya, Türkiyə, Braziliya, Hindistan, Belarusiya və Ukraynanın qabaqcıl beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə çap olunmuşdur.

2021-ci ildə Azərbaycan Texniki Universitetində yaradılan Sənaye Dizaynı və Texnologiya İnstitutunun, 2025-ci ildə  Sənaye Dizaynı, Yeni Material və Texnologiyalar İnstitutunun direktoru təyin olunub.