Sənaye Dizaynı və Texnologiya İnstitutu

Sənaye Dizaynı və Texnologiya İnstitutu

Sənaye Dizaynı və Texnologiya İnstitutu Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının 3 fevral 2021-ci il tarixli qərarına əsasən yaradılıb. İnstitutun məqsədi elmi və texnoloji prinsiplərə əsaslanan sənaye dizaynı və yeni texnologiyaların formalaşmasına, inkişafına töhfə vermək üçün tətbiqi tədqiqatlar aparmaq, bu sahədə texnoloji inkişafı dəstəkləməkdir. Eyni zamanda müasir dizayn və texnologiyalar sahəsində ehtiyac duyulan fundamental və tətbiqi tədqiqatların aparılması, bu sahə üzrə aparıcı mütəxəssislərin tədqiqat işlərinə cəlb edilməsi və koordinasiyası, məqsədə nail olmaq üçün vacib olan xarici texnologiyaları, tədqiqat və inkişaf fəaliyyətlərini izləmək və tətbiqi imkanlarını axtarmaqdır. Sənaye dizaynı və texnologiya sahələrində layihələrə əsaslanan təhsilin təşkilinə kömək etmək, sənaye dizaynı və texnologiya sahələrində ixtisaslaşmış yüksək ixtisaslı və tədqiqatçı kadrlar hazırlamaq istiqamətində yaxından iştirak etməkdir. Müasir dizayn və hesabat tətbiqi proqramlar paketlərinə aid təlim proqramları hazırlamaq və həyata keçirməkdir. Bununla yanaşı sənayedən gələn layihələndirmə tələblərinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə fəaliyyətimiz planlaşdırılıb:

1.    Layihə işləri:

-          baş plan;

eskiz layihəsi; 

memarlıq layihəsi;

konstruksiya layihəsi;

elektrik və rabitə layihəsi;

isitmə, ventilyasiya və kondisionerləşmə layihəsi;

video müşahidə;

odsöndürmə və siqnalizasiya layihəsi;

su təchizatı və kanalizasiya layihəsi (daxili və xarici şəbəkələr).

2.    Müəssisələrinin layihələndirilməsi və 3D modelləşdirilməsi:

-   zavod və fabriklərin layihələndirilməsi;

-   müəssisə daxili avadanlıqların yerləşim planlarının hazırlanması;

-   texnoloji layihələrin, axış diaqramlarının (P&ID) hazırlanması;

-   təchizat sistemlərini hesablanması və layihələndirilməsi (su,buxar,hava və s.).

3.    Logistika mərkəzlərinin və anbarların layihələndirilməsi:

-   logistik soyuq və normal anbarların planlaşdırılması və layihələndirilməsi;

logistik anbarların rəf sisteminin planlaşdırılması, mal axınına görə diaqramların qurulması və buna uyğun raf yerləşim sxemlərinin hazırlanması;

-   atmosfer kontrolu anbarların layihələndirlməsi;

-   kompressor və digər soyuducu aqreqatların hesablanması.

4.    Layihələndirilən istehsal və qeyri-istehsal sahələrinin texniki təchizatı üzrə təminatı məsələləri:

-   avadanlıqların seçilməsi üçün ilkin texniki tapşırıqların hazırlanması;

-   satın alınma mərhələlərinə qədər lazım olan texniki məsələlərin həll variantlarının hazırlanması.