Sənaye Dizaynı, Yeni Material və Texnologiyalar institutu layihələndirmə və dizayn sahəsində bir sıra istiqamətlər üzrə fəaliyyəti planlaşdırılmış, bu istiqamətlər üzrə müvafiq işlər həyata keçirmişdir.

İnstitut tərəfindən görülən hesabat, layihə və dizayn istiqamətləri sənayenin müxtəlif sahələrini əhatə edir.

1.        Layihə işləri:

Maşın hissələrinin layihələndirilməsi və emal texnologiyalarının işlənməsi. 3D model əsasında  maşın hissələrini texniki göstəricilərinin analizi, yığım vahidlərinin simulatorlarının (SolidCAM Simulator) hazırlanması.

Baş planların hazırlanması, eskiz layihəsi, memarlıq layihəsi, konstruksiya layihəsi, elektrik və rabitə layihəsi, isitmə-ventilyasiya və kondisionerləşmə layihəsi, video müşahidə, odsöndürmə və siqnalizasiya layihəsi, su təchizatı və kanalizasiya layihələrinin (daxili və xarici şəbəkələr).

2.    Müəssisələrinin layihələndirilməsi və 3D modelləşdirilməsi:

Zavod və fabriklərin layihələndirilməsi çərçivəsində müəssisə daxilində texnoloji avadanlıqların optimal yerləşdirilməsinə dair planların hazırlanması, texnoloji prosesləri əks etdirən layihələrin və proses-axın diaqramlarının (P&ID) tərtibi, həmçinin su, buxar, sıxılmış hava və digər mühəndis-kommunikasiya sistemlərinin hesablanması və layihələndirilməsi.

3.    Logistika mərkəzlərinin və anbarların layihələndirilməsi:

Logistik təyinatlı soyuq və adi anbarların funksional planlaşdırılması və layihələndirilməsi. Anbar daxilində rəf sistemlərinin optimallaşdırılması məqsədilə mal axınının analizinə əsaslanan diaqramların qurulması.

4.    Layihələndirilən istehsal və qeyri-istehsal sahələrinin texniki təchizatı üzrə təminatı məsələləri:

Avadanlıqların düzgün seçimini təmin etmək məqsədilə ilkin texniki tapşırıqların hazırlanması, həmçinin satınalma mərhələsinə qədər tələb olunan texniki məsələlərin optimal həll variantları işlənib hazırlanması.