Tədris şöbəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Təhsil haqqında", “Elm haqqında” Qanunlarını, digər müvafiq qanunvericilik aktlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatları” (ESG), Elm və Təhsil Nazirliyinin Kollegiya Qərarlarını, təlimatlarını, əmr və sərəncamlarını, digər normativ-hüquqi aktlarını, AzTU-nun və, Elmi Şurasının qərarlarını, AzTU-nun rektorunun əmr və sərəncamlarını, təhsil, elm və innovasiyalar, inzibat-iqtisadi və sosial fəaliyyət sahələrində mövcud olan müvafiq normativ-hüquqi aktları, AzTU-nun Nizamnaməsini və Tədris şöbəsinin öz Əsasnaməsini rəhbər tutur.
Tədris şöbəsi öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən AzTU-nun digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
· AzTU-da tədris prosesini səmərəli, mövcud standartlara uyğun təşkil edir və ona nəzarətin həyata keçirilməsini təmin edir;
· Tədris prosesinin tədris ili üzrə planlaşdırılmasını təmin edir;
· AzTU-nun təhsil səviyyələrində tədrisin kredit sistemi ilə təşkili qaydalarının tələblərinə uyğunlaşdırılmasını və biliyin obyektiv qiymətləndirilməsini digər struktur bölmələrlə əlaqələndirilmiş formada təşkil və təmin edir;
· Tədris prosesinin Dövlət təhsil standartlarına uyğun şəkildə təşkili və idarə olunmasına nəzarət edir;
· Tədris prosesin metodiki təminatının yaxşılaşdırıması ilə bağlı müvafiq tədbirlər görür;
· Tədris prosesinin təşkili və idarə edilməsi ilə əlaqədar analitik-informasiya materiallarının işlənib hazırlanmasını təmin edir;
· Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
· Payız, yaz və yay semestrlərində tədrisi təşkil etmək;
· Tədris ili üzrə akademik təqvimin və növbəti tədris ilinə hazırlıq haqqında əmrin tərtibinə və nəzərdə tutulan bütün tədbirlərin vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
· Dərs cədvəllərini hazırlayıb təsdiq üçün rəhbərliyə təqdim etmək;
· İxtisas kafedraları ilə birlikdə bakalavriat və magistratura səviyyələri üzrə tədris standartlarına uyğun olaraq tədris planlarının tərtibinə nəzarət etmək;
· Tədris prosesinin təşkilində kafedralara və digər struktur bölmələrə metodiki yardım göstərmək və tədris ili üçün təsdiq olunmuş tədris planlarına riayət etməklə fakültə dekanlıqları tərəfindən tərtib edilmiş “İxtisaslar üzrə illik işçi tədris planları”nın düzgünlüyünü yoxlamaq;
· Təhsil proqramlarının reallaşdırılmasını həyata keçirən fakültə və kafedraların fəaliyyətini əlaqələndirmək;
· Tədrisin keyfiyyətinin yaxşılaşdırılması ilə əlaqədar təkliflər vermək;
· Kafedralar üzrə tədris yüklərini təsdiq olunması üçün qəbul edərkən tədris yüklərinə aid formaların (forma 6, 3A, 3, əlavələr; kafedranın iş planı, tapşırıqlar, akt, hesabat) düzgün tərtib olunmasına, akademik yükün əmək müqaviləsi əsasında çalışan və ya kənardan dəvət olunmuş əməkdaşlar arasında normalara uyğun bölüşdürülməsinə nəzarət etmək;
· Tədris ili ərzində kafedraların ştatında olan və ya kənardan dəvət edilmiş əməkdaşlara saathesabı olaraq həvalə edilmiş dərs yükünü yoxlamaq və saathesabı əmr layihələrini hazırlamaq;
· Saathesabı qaydada yerinə yetirilən dərs yükləri haqqında məlumat formalarını toplamaq və ödəmə əmr layihələrini hazırlamaq;
· Tədris ili ərzində dərs yükünə və müvafiq komissiyaların təşkilinə dair əmr layihələrini hazırlamaq;
· ATİS proqram təminatının AzTU-da tətbiqi ilə əlaqədar sistemə daxil edilmiş məlumatların modullara uyğun olaraq işlənməsinə və düzgün formada yüklənməsinə ümumi nəzarət etmək;
· Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunmuş sənədlər əsasında AzTU-ya bakalavriat və magistratura səviyyələrinin I tədris ilinə qəbul olunmuş tələbələrin əmr layihələrinin hazırlanmasını, bakalavriat səviyyəsi üzrə birinci tədris ilinə qəbul olunmuş tələbələrin kontingentə əlavə edilməsini və müvafiq hesabatların hazırlanmasını təmin etmək;
· Fakültələr tərəfindən təqdim edilmiş məlumatlar əsasında tələbələrə müvafiq təqaüdlərin verilməsi ilə bağlı əmr layihələrini hazırlamaq;
· İllik statistik hesabatların hazırlanaraq adiyyəti üzrə təqdim olunmasını təmin etmək;
· AzTU-nu bitirən məzunlar haqqında hesabatları, cari ilin məzunları üçün arayışları, ali təhsil haqqında diplomları və diploma əlavələri, akademik arayışları hazırlamaq, qeydiyyata almaq və təqdim etmək;
· Tələbə kontingentinin hərəkətinin müntəzəm dəqiqləşdirilməsini, qeydiyyatını və nəzarətini təşkili etmək (akademik məzuniyyət, köçürmə, xaric olma, bərpa);
· Tələbələr sırasına bərpa, köçürülmə, ixtisasdəyişmə, təkrar ali təhsi ixtisaslarına qəbul, akademik məzuniyyət verilməsi və məzuniyyətdən qayıtmaqla bağlı müvafiq sənədlərin yoxlanılmasını və əmr layihələrinin hazırlanmasını təmin etmək;
· Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və digər dövlət orqanlarından, müəssisə və təşkilatlardan, vətəndaşlardan tədrislə bağlı daxil olmuş təlimat, məktub, rəhbər əmrləri və digər sənədlərin icrasını, həmçinin sorğulara və müraciətlərə baxılmasını təmin etmək;
· “Tələbə-Məzun” dövlət elektron məzun sistemində tələbə hərəkətliliyi haqqında əmrlərin icrasını təmin etmək (şəxsi məlumatların dəyişdirilməsi, akademik məzuniyyət, bərpa, köçürmə, xaric olunma, məzun əmrləri (diplom əmri və ya attestasiyadan keçməmək haqqında əmr), digər təhsil müəssisələrindən köçürülmə və bərpa, AzTU-ya xarici ölkədən qəbul və ya köçürülən tələbələr haqqında məlumatlar və əmrlər daxil edilir) və yeni qəbul olunan tələbələrin inteqrasiyasının təmin edilməsi məqsədilə kodları sistemə daxil etmək;
· Sənədlər və müraciətlərlə iş şöbəsi tərəfindən icra üçün daxil olmuş sənədlərin vaxtında icra edilməsini, icrasına nəzarəti təmin etmək, icra olunmuş sənədlərin, əmrlərin yerləşdirilməsi və elektron sistemləşdirilməsini həyata keçirmək;
· Fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı rəhbərliyə təkliflər vermək;
· · Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.