Tədris şöbəsi

Karyera Mərkəzi




Karyera Mərkəzi

Təqdimat

Azərbaycan Texniki Universitetin Karyera Mərkəzi 2016-cı ilin 7 aprel tarixində yaradılıb. Karyera Mərkəzi öz fəaliyyətində Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və sərəncamlarını, AzTU-nun nizamnaməsini və Karyera Mərkəzinin əsasnaməsini rəhbər tutaraq verilən səlahiyyətlər çərçivəsində universitetin tələbə və magistrlantlarının ixtisas üzrə təcrübənin keçirilməsini, səriştə əsaslı praktiki bilik və bacarıqlarının artırılmasını, ali təhsili bitirdikdən sonra diplomların verilməsini, karyera imkanlarının artırılmasını, məşğulluqlarının tənzimləməsini həyata keçirir.

KM universitetin Tədris hissəsinin struktur bölməsidir və ali təhsilin hər iki səviyyələri dövründə tələbələrin, magistrantların və məzunların karyera inkişafında və məşğulluğunda yardım göstərir.

KM öz vəzifəsini mövcud qanunvericiliyə uyğun olaraq dövlət, özəl və xarici şirkətlərlə, müəssisələrlə bağlanmış saziş və müqavilələr əsasında həyata keçirir.

KM öz vəzifələrini yerinə yetirərkən Azərbaycan Texniki Universitetinin struktur bölmələri, dövlət orqanları, elm və təhsil qurumları, korporativ sektor, habelə beynəlxalq və qeyri-hökümət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Mərkəzin məqsəd və vəzifələri

  • Ali təhsilli, yüksək ixtisaslı, peşəkar mütəxəssislərin hazırlanması yönümündə nəzəriyyə və təcrübənin inteqrasiyasına nail olmaq və onu müasir standartlara uyğunlaşdırmaq;
  • Tələbə və magistrantlara onların karyera inkişafında və işlə təmin olunmasında yardım göstərmək;
  • Xarici və yerli universitetlərin, şirkət və müəssisələrin bu sahədə olan təcürbəsindən səmərəli istifadə etmək;
  • Müxtəlif karyera tədbirlərinin həyata keçirilməsi məqsədi ilə dövlət və özəl sektordan mütəxəssislər cəlb etmək;
  • Məzunların hazırlıq səviyyəsinin əmək bazarının tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə kompleks tədbirləri həyata keçirmək;
  • Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

Mərkəzin hüquqları

Mərkəz öz təşkilatı məqsəd və vəzifələrini yerinə yetirmək üçün aşğıdakı hüquqlara malikdir;

  • Müasir kompüter texnologiyasiyasından, program təminatından operativ idarə etmədə sərbəst istifadə etmək;
  • Müstəqil ekspertlərin və mütəxəssislərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz fəaliyyətinə cəlb edilməsini təşkil etmək;
  • Universitetin internet səhifəsində öz bölməsini yaratmaq və ondan istifadə etmək;
  • Başqa təşkilatlarla, o cümlədən xarici təşkilatlarla informasiya mübadiləsi aparmaq;
  • Mərkəzin fəaliyyəti üzrə iclaslar, konfranslar, təlimlər və seminarlar təşkil etmək;
  • Mərkəzin əməkdaşlarının peşə hazırliğının artırılması məqsədilə tədbirlər görmək, onların yerli və beynəlxalq səviyyələrdə keçirilən müxtəlif tədbirlərdə iştirakını təşkil etmək;
  • Mərkəzin fəaliyyət sahəsi ilə bağlı keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək;
  • Mərkəzin işini təkmilləşdirmək və genişləndirmək məqsədi ilə əsaslandırılmış təkliflər irəli sürmək;
  • Azərbayacan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən və universitetin nizamnaməsində nəzərdə tutulan digər fəaliyyəti həyata keçirmək;

 

Mərkəzin strukturu

Mərkəz universitetin Tədris hissəsinin nəzdində fəaliyyət göstərir. Mərkəzin işinə rəhbərliyi universitetin rektorunun əmri ilə təyin edilən müdir həyata keçirir.

Mərkəzin ştat cədvəli, işçi heyətitnin tərkibi mövcud qanunvericiliyə əsasən universitetin rektoru tərəfindən müəyyənləşdirilir.

  • KM öz vəzifəsini mövcud qanunvericiliyə uyğun olaraq, dövlət, özəl və xarici müəssisələrlə bağlanmış saziş, memorandum və müqavilələr əsasında həyata keçirir.
  • KM öz vəzifələrini yerinə yetirərkən universitetin digər struktur bölmələri, dövlət orqanları, elm və təhsil qurumları, özəl sektor habelə beynəlxalq və qeyri - hökumət təşkilatları ilə əlaqədə fəaliyyət göstərir.
  • Şirkət və müəssisələrə tələbələrin səfərlərini təşkil edir və onlarda məzunların işlə təmin edilməsi haqda danışıqlar aparır.
  • Dövlət, özəl və xarici şirkət və müəssisilərdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə təlimlər və seminarlar təşkil edir.
  • Tələbə və magistrantlara işə müraciət formalarının hazırlanması və işə qəbul prosesinə müsahibəyə hazırlıq üçün maarifləndirmə təlimləri keçir.
  • Dövlət və özəl şirkət və müəssisələrdə olan vakant iş yerləri haqqında məlumat toplamaq, bu məlumatın məzunlar arasında yayılmasını təmin edir.