2022-2023-cü tədris ilinin yaz semestrində “Erasmus+” mobillik proqramı çərçivəsində Türkiyənin Bursa Texniki Universitetində (BTU) metallurgiya və materialşünaslıq sahəsi üzrə mübadilə üçün müsabiqə elan olunur.
BTU-da müvafiq olaraq 1 həftə mühazirə demək və 1 həftə təlim keçmək məqsədilə AzTU-nun akademik və inzibati heyəti müsabiqədə iştirak edə bilər.
Qeyd: Akademik və inzibati heyətin hər birindən 1 nəfər seçiləcək.
Mobillikdə iştirak etmək istəyən əməkdaşlardan təqdim olunan ərizə formasını doldurulmaları (Application Form Ştaff) və 30.11.2022-ci il tarixinədək erasmus@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.