Ümumi məlumat
“Müdafiə sistemləri və texnoloji inteqrasiya” kafedrası Azərbaycan Texniki Universitetinin Elmi Şurasının 05 iyul 2025-ci il tarixli qərarı ilə ləğv olunmuş “Radioelekton və aerokosmik sistemlər” və “Xüsusi təyinatlı material və vasitələr” kafedralarının əsasında Xüsusi Texnika və Texnologiya fakültəsinin tərkibində yaradılıb.
Kafedranın əsas məqsədi müasir müdafiə sənayesinin inkişafı üçün zəruri olan yüksək ixtisaslı mühəndis kadrların hazırlanması, eyni zamanda qabaqcıl texnologiyaların tədrisi və tətbiqinin təmin edilməsidir.
Kafedra fəaliyyətində iki əsas istiqamət prioritet hesab olunur:
Müdafiə sistemlərinin layihələndirilməsi, istehsalı və istismarı: tələbələrin nəzəri bilik və praktiki bacarıqlara yiyələnməsi, milli müdafiə sənayesinin tələblərinə cavab verən mütəxəssislərin hazırlanması.
Texnoloji inteqrasiya: qabaqcıl elmi-texniki həllərin sənaye və istehsalat mühitinə tətbiqi, yeni texnologiyaların mühəndislik proseslərinə inteqrasiyası və innovativ yanaşmaların inkişaf etdirilməsi.
Bu kafedranın yaradılması Azərbaycan Texniki Universitetində müdafiə sənayesi yönümlü təhsilin və elmi-tədqiqat işlərinin daha da gücləndirilməsi, həmçinin universitet–sənaye əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi məqsədini daşıyır..
Məqsədlər
Ø Müasir müdafiə sənayesinin ehtiyaclarına cavab verən ixtisaslı mühəndis kadrların hazırlanması;
Ø Müdafiə sistemlərinin layihələndirilməsi, istehsalı və istismarı üzrə nəzəri və praktiki biliklərin tələbələrə aşılanması;
Ø Qabaqcıl texnoloji həllərin sənaye və istehsalat mühitinə inteqrasiyasını təmin etmək;
Ø Elmi-tədqiqat işlərinin nəticələrini tətbiq və kommersiyalaşdırmaya yönəltmək;
Ø Universitet-sənaye əməkdaşlığını gücləndirmək və innovativ yanaşmaların inkişafına dəstək vermək.
Vəzifələr