Layihənin adı: Nəqliyyat xidmətlərində böhran və risklərin mühəndisliyi layihəsi (CRENG)
 
Maliyyələşdirən təşkilat: Avropa Birliyinin ERASMUS + CBHE
 
Qrant nömrəsi: 598218-EPP-1-2018-1-PL-EPPKA2-CBHE-JP
 
İcra müddəti: 15/11/2018 – 15/07/2022
 
Layihənin əsas məqsədi: Nəqliyyat xidmətlərində risk və böhran mühəndisliyi sahəsində sənayenin ehtiyaclarına yönəlik müasir bilik və bacarıqlara malik kadr hazırlığının yerinə yetirilməsi və bu sahədə dəyişən tələbləri nəzərə alaraq kadr hazırlığını yerinə yetirmək üçün müvafiq platformanın qurulmasıdır.</span >
 
İnternet səhifə: www.creng.eu
 
AzTU-nun vəzifələri: 
  • Nəqliyyat xidmətlərində böhran və risk mühəndisliyi üzrə yeni magistr proqramının və tədris materiallarının hazırlanması;
  • Yeni magistr proqramı üzrə pilot tədrisin icra edilməsi;
  • Layihənin hədəf universitetlərində nəqliyyat xidmətlərində böhran və risk mühəndisliyi üzrə magistr ixtisasının açılması, ölkədaxili tələblərə uyğun akreditasiyadan keçirilməsi;
  • “Layihə üzərindən öyrənmə” metodikasının hazırlanması və tədris prosesində istifadə olunması;
  • Nəqliyyat xidmətlərində böhran və risk mühəndisliyi üzrə xidmət ofisinin və laboratoriyasının açılması və onun fəaliyyət planının tərtib olunması;
  • Xidmət ofisi və laboratoriya üçün zəruri avadanlıqların alınması və universitetə çatdırılması;
  • Xidmət ofisinin işi çərçivəsində sənayenin tələblərinə uyğun kadr hazırlığını ehtiva edən “bacarıqlar cüzdanı” yanaşması əsasında Univeritet-Sənaye əməkdaşlığının qurulması və kadr hazırlığına başlanılması.
  • Risk və böhran mühəndisliyi üzrə metodiki vəsaitlərin hazırlanması.
  • “Nəqliyyat xidmətlərində risk və böhran mühəndisliyi” üzrə mövcud ixtisasda yeni fənnlərin əlavə edilməsi ilə pilot təhsil icra edilmişdir.
  • “Nəqliyyat xidmətlərində risk və böhran mühəndisliyi” yeni magistr ixtisası açılmış və 2021/2022 –ci il akademik tədris ilindən başlayaraq tələbə qəbulu icra edilmişdir.
  • Yeni tədris proqramına daxil edilən 13 fənn üzrə tədris materialları işlənib hazırlanmışdır.
  • Tədris prosesinə cəlb olunan akdemik heyət üçün təlimlər təşkil edilmiş və Almaniyanın Berlin Texniki Universitetində (9-20 sentyabr 2019) və Polşanın Varşava Texnologiya Universitetində (25 noyabr – 6 dekabr 2019) keçirilmiş təlimlərdə iştirakları təmin edilmişdir.
  • Tədris prosesində geniş tətbiq olunması üçün beynəlxalq təcrübəyə uyğun “Layihə üzərindən öyrənmə” metodikası tərtib olunmuş və 2021-ci ilin yaz semestrində nəqliyyat sistemlərində risk və böhran mühəndisliyi fənninin tədrisində tətbiq olunmuşdur.
  • Risk və böhran mühəndisliyi üzrə metodiki vəsaitlər işlənib hazırlanmışdır.
  • Universitetdə müasir komyuter avadanlığı və simulyasiya proqram təminatı ilə təchiz edilmiş CRENG xidməti ofisi və laboratoriyası açılmışdır. Hal-hazırda, laboratoriya və bilik mərkəzinin imkanlarından Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Nəqliyyat və Logistika İnstitutunda sənayenin ehtiyaclarına yönəlik layihələrin işlənilməsində və tədris prosesində istifadə olunur.
AzTU tərəfindən görülmüş işlər:
  • Sənayenin ehtiyaclarına uyğun kadr hazırlığı yerinə yetirmək üçün “Bacarıqlar Cüzdanı” metodikası beynəlxalq təcrübəyə uyğun hazırlanmış və nəqliyyat sahəsində əməkdaşlığın qurulması üçün 8 müəssisə ilə əməkdaşlıq üzrə razılaşma imzalanmışdır.