Layihənin adı: Azərbaycanda Rektorlar Konfransının yaradılması layihəsi (ECAR)
 
Maliyyələşdirən təşkilat: Avropa Birliyinin ERASMUS + CBHE
 
Qrant nömrəsi: 619354-EPP-1-2020-1-AZ-EPPKA2-CBHE-JP
 
İcra müddəti: 15/01/2021- 14/01/2025
 
Layihənin əsas məqsədi: Layihənin əsas məqsədi Təhsil Nazirliyinin bilavasitə iştiraki ilə təhsil müəssisələrinin, ali və ali təhsildən sonrakı təhsilin inkişafı, tədris prosesinin, elmi işin, elmi-pedaqoji və digər işçilərin ixtisaslarının artırılmasının və yenidən hazırlanmasının təşkili sahəsində müsbət təcrübənin ümumiləşdirilib yayılması, respublikada təhsil sisteminin təkmilləşdirilməsi, habelə ali təhsil müəssisələri kollektiv üzvlərinin sosial müdafiəsi, ali məktəbin respublikanın sosial iqtisadi və mədəni inkişafına təsirinin gücləndirilməsi istiqamətlərində fəaliyyətlərini əlaqələndirmək məqsədilə (əsasnamə, 1996) Rektorlar Konfransını yaratmaqdır.</span >
 
İnternet səhifə: http://ecar.net.az/
 
AzTU-nun vəzifələri: AzTU tərəfindən görülmüş işlər:
  • Azərbaycan Ali Təhsil Müəssisələri arasında elmi, təhsil, mədəni və iqtisadi əməkdaşlığı təşviq etmək və digər milli və beynəlxalq təşkilatlarla dialoqa köməklik etmək.
  • Ali təhsil sistemində prinsip və standartların inkişafı. Azərbaycan Respublikasında qəbul edilmiş Təhsil Qanunu, Təhsil Standardı, Təhsil Strategiyalarının bütün ali məktəblərdə bərabər icrasına dəstək olmaq məqsədi ilə, dövlət orqanları, təhsil müəssisələri və iş dünyası arasında intensiv görüş və dialoqların keçirilməsini təmin etmək.
  • Milli Təhsil şəbəkəsi yaratmağa dəstək olmaq.
  • Bütün növ ali təhsil müəssisələrindən ibarət olan ali təhsil sisteminin tarazlı inkişafını dəstəkləmək.
  • Azərbaycan elminin, mədəniyyətinin və təhsilinin inkişafı üçün vacib olan məsələlər barədə rəylər formalaşdırmaq və təqdim etmək.
  • Rektorlar Konfransının Avropa təcrübəsi, o cümlədən Litva, Polşa, İsveç, Belçika, İspaniya, Portuqaliya təcrübəsi öyrənilmiş və onların ali təhsildə rolu, vəzifələri, maliyələşmə mexanizmləri, fəaliyyətləri, hüquqi təsisi, nüfuzu və s. haqqında ən yaxşı təcrübələri araşdırılmışdır.
  • Rektorlar Konfransının daxili idarəetmə strukturu və əsasnaməsi hazırlanmışdır.
  • Rektorlar Konfransının Komitələri təşkil edilmiş və onların idarə və üzv heyəti müəyyən edilmiş və fəaliyyətə başlaması təşkil edilmişdir.
  • Rektorlar Konfransının ayrı –ayrı komitələrinin işinin təşkil edilməsi məqsədilə təlimlər keçirilmiş və bu sahədə Avropa təcrübəsi öyrənilmişdir.
  • Layihə çərçivəsində Ali Təhsildə gündəmdə olan aparıcı mövzular üzrə silsilə təlimlər təşkil edilmişdir: Dəyişikliyin İdarəolunması- Transformasional Öyrənmə və Öyrətmə; Liderliyin Əsasları, İnsan Resurslarının idarəolunması üzrə sertifikatlı təlimlər keçirilmişdir.
  • Komitələrə seçilmiş rəhbərlərinin fəaliyyətlərini dəstəkləmək məqsədi üçün təlimlər keçirilmişdir.