Layihənin adı: İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması layihəsi (UniClaD)
Maliyyələşdirən təşkilat: Avropa Birliyinin ERASMUS + CBHE
Qrant nömrəsi: 609944-EPP-1-2019-1-LT-EPPKA2-CBHE-JP
İcra müddəti: 15/01/2020- 19/11/2024
Layihənin əsas məqsədi: Aqro-sənaye klasterlərinin əsas hissəsi kimi universitetlərin potensialının inkişaf etdirilməsi və aqro –sənaye klasterlərin işlənib hazırlanması və uğurla fəaliyyət göstərməsinə ilkin şərt kimi innovasiya mərkəzlərinin yaradılması ilə universitet-sənaye işbirliyinə nail olmaqdır.
İnternet səhifə: http://uniclad.net/
AzTU İnternet səhifə: https://www.aztu.edu.az/az/project/uniclad
AzTU-nun vəzifələri:
- Avropanın klaster təcrübəsinin öyrənilməsi.
- Dəyər zəncirin işlənib hazırlanması: magistr -PhD- tədqiqatçı əsas tərəf kimi və tədqiqatçı –layihəçi- icraçı köməkçi tərəf kimi;
- Hər bir tərəfin qalib mövqedə qalması prinsipi əsasında biznesin, klasterlərin strukturunda yerli icra hakimiyyətləri, elm və təhsil sahələri ilə əməkdaşlığa həssaslığının artırılması;
- Biznes, elm və təhsilin klasterlər daxilində işləməsi üçün potensialın artırılması (magistratura və doktorantura üzrə təhsil proqramına daxil edilən xüsusi təlimlər və xüsusi modullar vasitəsilə);
- Klasterlər daxilində yerinə yetirilən fəaliyyətlərin əsası kimi universitetlərdə xüsusi konstruktiv tədbirlərin yerinə yetirilməsi;
- Tədqiqatların, disertasiya işlərinin və tələbələrin magistr işlərinin praktiki dəyərinin, eləcə də tələbələrin iş qabiliyyətlərinin artırılması;
- Dayanqılılıq prinsiplərinə görə innovasiyaların aqro-sənaye instehsalatına daha yaxşı inteqrasiya olunması üçün şəraitin yaradılması.
AzTU tərəfindən görülmüş işlər:
- Klasterlərin fəaliyyəti, rolu, vəzifələri, hüquqi təsisi, maliyyələşdirmə mexanizmləri haqqında İspaniya, İtaliya, Litva, Polşa, Macarıstan təcrübəsi öyrənilmişdir
- Azərbaycan Texniki Universitetində gələcəkdə İnnovativ Texnologiyalar Klasterinin bazası olacaq İnnovativ Texnologiyalar Mərkəzi yaradılmışdır:
- İnnovativ Texnologiyalar Mərkəzinin əsasnaməsi hazırlanmış və elmi şurada təsdiq edilmişdir.
- İnnovativ Texnologiyalar Mərkəzi üçün müvafiq avadanlıq alışı icra edilmiş və Universitetə çatdırılmışdır.
- Aqrar İnnovasiya Mərkəzi ilə sıx əməkdaşlıqda Yem Kalkulyatoru pilot layihəsi işlənilmiş və heyvandarlıqla məşğul olan fermerlərin istifadəsinə verilmişdir. com.companyname.agriculture.apk
- Azərbaycan Texniki Universitetindən 6 nümayəndə Litva və Macarıstanın aqrar sahədə informasiya texnologiyaların tətbiqi üzrə mövcud klasterlərin təcrübəsi ilə yaxından tanış olmuşlar.
- Klasterlərin yaradılması üzrə təlimatın hazırlanması istiqmətində işlər yerinə yetirilir.
- Magistr və Doktoranturada onlayn kursların yaradılması üçün hazırlıqlara başlanılıb.