Layihənin adı: Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında bakalavr və magistr hazırlığı layihəsi (LMQS)
 
Maliyyələşdirən təşkilat: Avropa Birliyinin ERASMUS + CBHE
 
Qrant nömrəsi: 618860-EPP-1-2020-1-EL-EPPKA2-CBHE-JP
 
İcra müddəti: 15/01/2021 - 14/11/2024
 
Layihənin əsas məqsədi: Layihənin əsas məqsədi Azərbaycanda səhiyyədə keyfiyyətin təmini və riskin idarə olunması üzrə mütəxəssis hazırlığında universitetlərin potensialının artırılması və bu sahədə bakalvr və magistr pilləsində müvafiq ixtisasların açılması və tədris infrastrukturunun yaradılmasına nail olmaqdır.</span >
 
İnternet səhifə: https://www.lmqs-erasmus.eu/
 
AzTU-nun vəzifələri: AzTU tərəfindən görülmüş işlər:
  • Bakalvr və magistr pilləsində səhiyyədə keyfiyyətin və riskin idarəolunması üzrə yeni ixtisasın açılması (yaxud mövcud ixtisasın uyğunlaşdırılması);
  • Səhiyyədə keyfiyyətin və riskin idarəolunması ixtisası üzrə distant formatda təhsilin verilməsi üçün avadanlıqlarla təchiz olunmuş resurs mərkəzinin açılması və onun fəaliyyət planının formalaşdırlması.
  • Akademik heyətin müvafiq sahədə potensialının artırılması.
  • Yeni ixtisasların akkreditasiya dosyesinin hazırlanması.
  • Resurs mərkəzində distant təhsilin icrasına başlanılması.
  • Yeni ixtisasın ictimaiyyət və səhiyyə işçiləri arasında geniş təbliğatına nail olmaq.
  • Layihə çərçivəsində səhiyyədə keyfiyyətin və risklərin idarəolunması üzrə peşə bacarıqları və şəriştələrinin müəyyən olunması üçün 500 səhiyyə işçisi arasında sorğu keçirilmiş və sorğunun nəticələri təhlil edilmiş, yeni ixtisasın başladılması üçün bacarıq və səriştələr müəyyən edilmişdir.
AzTU tərəfindən görülmüş işlər:
  • Layihə çərçivəsində magistratura pilləsində “Səhiyyədə keyfiyyətin və risklərin idarə olunması” üzrə magistr ixtisaslaşması açılmış və 2022/2023-cü tədris ilindən etibarən tələbə qəbulu elan edilmişdir.
  • Layihə çərçivəsində avadanlıq alışı icra edilmiş və tədris icra edilən “İqtisadiyyat və Menecment” fakültəsinə təhvil verilmişdir.
  • Layihə çərçivəsində AzTU-nun 3 nümayəndəsi Yunanıstanda strateji təlimlərdə iştirak etmişdir.
  • Layihə çərçivəsində 2 müəllim Yunanıstanın Afina şəhərində Qərbi Attika Universitetində 5-günlük təlimlərdə iştirak etmişdir.
  • Layihə çərçivəsində tələbələr, müəllimlər və həkim heyəti üçün universitetdə icra edilən yeni magistr ixtisasi barədə məlumatlandırma sessiyası keçirilmişdir.