Layihənin adı: Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və Avropa Ali Təhsil Məkanının tələblərinə uyğunlaşdırılması (NİZAMİ)
 
Maliyyələşdirən təşkilat: Avropa Birliyinin ERASMUS + CBHE
 
Qrant nömrəsi: 561784-EPP-1-2015-1-FR-EPPKA2-CBHE-SP
 
İcra müddəti: 01/10/2015 – 01/10/2018
 
Layihənin əsas məqsədi: Azərbaycanda doktorantura təhsilində yüksək standartların təmin edilməsi və doktorantura təhsilinin Avropa standartlarına uyğunluğunun artırılması ilə ali təhsil müəssisələri daxilində doktorantura məktəblərinin qurulmasına və milli səviyyədə doktorantura təhsilinin idarə olunmasına uyğunlaşdırılmasına nail olmaqdır.</span >
 
İnternet səhifə: https://doktorantura.az/
 
AzTU-nun vəzifələri: 
    • Ali təhsil müəssisələri daxilində doktorantura məktəblərinin qurulması və milli səviyyədə doktorantura təhsilinin idarə olunmasına uyğunlaşdırılması;
    • Doktorantura təhsilində yüksək standartların təmin edilməsi və Azərbaycan doktorantura təhsilinin Avropa standartlarına uyğunluğunun artırılması;
    • Bilik, tamamlayıcı bacarıq və mobillik yolu ilə doktorantura təhsilinin professionallaşması və beynəlmiləlləşməsi üçün vasitələrin paylaşılması;
    • Doktorantların regional, milli və beynəlxalq əmək bazarlarının ehtiyaclarını ödəyə bilmələri üçün peşə bacarıqlarının artırılması. Vəzifələr:

- Avropa və Azərbaycanda doktorantura strukturunun mövcud vəziyyətinin təhlilinin aparılması;


- Bilik və təcrübə mübadiləsi;


- Doktorantura təhsilinin keyfiyyət standartlarının tərifi;


- Keyfiyyətli idarəetmə sisteminin yaradılması;


- Azərbaycanda Doktorantura təhsili üçün ümumi bir struktur sisteminin qəbul edilməsi.


  • Avropada doktorantura təhsilinin mövcud vəziyyəti və strukturu öyrənilmişdir.
Layihə konsortsiumu tərəfindən görülmüş işlər:
  • Azərbayacanda doktorantura təhsilinin mövcud vəziyyəti araşdırılmış və qiymətləndirilmişdir.
  • Azərbaycan və Avropada müqayisəli innovativ doktorantura təlim prinsipləri, sxemləri və işlənib hazırlanmışdır.
  • Doktorantura təhsilinin strukturlaşdırılması icra edilmişdir.
  • Yüksək Təhsildə yüksək standartlar hazırlanmışdır.
  • Peşə bacarıqlarının inkişafı üçün bacarıqlar müəyyən edilmişdir.
  • Azərbaycanda doktorantura təhsili inkişaf etdirilmişdir.
  • Ali təhsil müəssisələrində beynəlmiləlləşdirilmə inkişaf etdirilmişdir.
  • Ali Təhsil müəsisələrinin beynəlmiləlləşdirilməsi üzrə özünü qiymətləndirmə NİZAMİ aləti yaradılmışdır.
  • Doktorantura təhsil proqramları üzrə keyfiyyətin qiymətləndirmə aləti hazırlanmışdır.
  • Milli İdarəetmə Portalı yaradılmışdır.
  • Milli İdarəetmə Portalı üzrə Təlimat işlənib hazırlanmışdır
  • Doktorantlar üçün bələdçi kitabı işlənib hazırlanılıb.