Layihənin adı: Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması layihəsi
 
Maliyyələşdirən təşkilat: UNESCO-nun 2020/2021-ci illər üzrə İştirak Proqramı
 
Qrant nömrəsi: 1290116031
 
İcra müddəti: 13/12/2021-30/04/2022
 
Layihənin əsas məqsədi: Layihənin əsas məqsədi mühəndislik təhsilində və mühəndislik yönümlü peşə sahələrində qızların iştirakının artırılması üçün beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə qadınlar üçün fürsətlərin və çətinliklərin müəyyən olunması, Azərbaycanda qızların mühəndislik təhsilində və peşələrində iştirakının artırılması üçün məlumatlılığın artırılması və təbliğatın aparılması, qızların daha rəqabətli peşələrdə təmsil olunmaları üçün bacarıq və qabiliyyətlərinin formalaşdırılmasıdır.
 
İnternet səhifə: https://www.unesco.az/az
 
AzTU-nun vəzifələri: AzTU tərəfindən görülmüş işlər:
  • Qızların mühəndislik təhsili ilə bağlı cəmiyyətdə mövcud olan streoptiplərinin aradan qaldırılması üçün məlumatlılığının artırılması;
  • Mühəndislikdə oxuyan qızların əmək bazarında rəqabətliliyinin artırılması üçün əmək bazarının tələblərinə uyğun təlimlərin keçrilməsi;
  • Şagird qızların mühəndislik təhsilinə marağının yaradılması üçün onlarda mühəndislik sahəsində ilk təcrübənin formalaşdırılması.
  • Qızların mühəndislik təhsilində və peşəsində iştirakını təbliğ edəcək ictimaiyyətin məlumatlılığını artırmağa yönəlik, dünyada bu sahədə formalaşan trendləri, uğur hekayələrini göstərəcək və çağırışlar qoyacaq “Mühəndislikdə Hər Kəs Güclüdür” mövzusu üzrə konfrans keçirilmişdir.
  • Bakı, Sumqayıt və Xırdalan şəhərlərində orta təhsil müəssisələrində 9, 10 və 11-ci sinif şagirdlərinin və onlara təsir etmə rolu olan valideynlərinin qızların mühəndislik ixtisaslarına marağının formalaşdırılması üçün təlimlər keçirilmişdir. Təlimlərdə Bakı, Sumqayıt və Xırdalan şəhərlərindən 10 orta təhsil müəssisəsindən 124 şagird iştirak edib. Şagirdlər üçün keçirilən təlim və seminarların adları:
    • STEM -Elektronika, layihələndirilmə və proqramlaşdırılma
    • Mühəndislik dizaynı
    • Phyton təlimləri
    • “Mən mühəndis olacam” mövzusunda uğurlu essenin yazılması üzrə seminar
  • Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbinin mühəndislik üzrə təhsil alan 1-ci kurs tələbələri üçün mühəndislik peşələri üzrə bügünkü əmək bazarında qızların rəqabətəqabiliyyətliyinin artırılmasına yönəlik təlimlər keçirilib.
  • Tələbələr üçün Karyera Günləri başlığı altında onların əmək bazarına hazırlıqlarının artırılması məqsədi ilə silsilə seminarlar keçirilmişdir.

Tələbələr üçün keçirilən təlim və seminarların adları: - Layihilən təlim və seminarların adları:hazırlıqlarının artırılma tnihiləVerililən təlim və seminarların adları:hazırlıqlarının artırılması Phyton tn təlim və seminarların adları:hazırlıqlarının artırılması məqsədi ilə sil
- Uğurlu CV-ləlim və seminarların adları:hazırlıqlarının artırılmas.
  • Ümumilikdə, 4 ali təhsil müəssisəsindən 64 tələbə təlimlərdə iştirak edib.