İnstitutun əsas fəaliyyət istiqamətləri:

-  İqtisadi və sosial inkişaf, regional və infrastruktur, informasiya iqtisadiyyatı, proqnozlaşdırma, innovasiya və digər istiqamətlərdə araşdırmaların aparılması həyata keçirmək;

-  Elmi tədqiqat işlərinin nəticələrinin istehsalata və tədris prosesinə, o cümlədən, mühazirə, məşğələ, seminar, laboratoriya dərslərinə, buraxılış işlərinə, magistr dissertasiyalarına tətbiq olunmasını təmin etmək;

-  Elmi məqalələr, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər şəklində dərc olunmasını və elmi forumlarda məruzə edilərək yayılmasını təşkil etmək;

-  Elmi araşdırmalar nəticəsində təhsilin təşkilinin və idarə olunmasının təkmilləşdirilməsinə, tədris prosesinin müasir metodlarla qurulmasına töhfə vermək;

-  Kafedraların professor-müəllim heyətinin elmi-tədqiqat və elmi-təhsil işlərinin təşkili və koordinasiyasını təşkil etmək;

-  Yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması sahəsində fəaliyyətlərin təşkili və həyata keçirilməsini təşkil etmək.