Azərbaycan Texniki Universitetində magistratura səviyyəsində 3 ixtisas (6 ixtisaslaşma) üzrə  təhsil tədris olunur.  

İxtisas: 060649: Ekologiya mühəndisliyi ixtisası

İxtisaslaşmalar: - Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə

- Təbii ehtiyatların qorunması və təkrar emal

- Nəqliyyat ekologiyası

- Neft və kimya sahəsində ətraf mühitin mühafizəsi

İxtisas: 060651: Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi 

İxtisaslaşma:  - Həyat fəaliyyətinin təhlükəsizliyi

ixtisas: 060649: Təkrar emal və bərpa texnologiyaları

İxtisaslaşma; -  Metallurgiya tullantıların təkrar emal texnologiyaları 

Kimya mühəndisinin əsas vəzifəsi mərhələləri planlaşdırmaq və istehsal üsullarını seçməkdir ki, nəticə istənilən xüsusiyyətlərə malik yüksək keyfiyyətli məhsul olsun. Kimya mühəndisləri bütün bu məhsulları əldə etmək üçün prosesləri işləyərkən eyni zamanda dünya resurslarının idarə edilməsi, ətraf mühitin qorunması, sağlamlıq və təhlükəsizlik standartlarının təmin olunmasına da yardım edir.

Bugünkü ekoloji vəziyyət dünyanın ən qlobal problemlərindən biridir və ekoloji problemlər günügündən artmaqda davam edir. Artmaqda olan problemlərin həlli üçün hər zaman həll yolu axtaran mütəxəssis heyyəti lazımdır ki, bu mütəxəssislər də ekoloqlar və ekologiya mühəndisləridir. Azərbaycanda da ekologiya sahəsində təhsil alan və ixtisasını təkmilləşdirən şəxslərə tələbat böyükdür və sahənin ölkəmizdəki perspektivi olduqca böyükdür.

Həyat fəaliyyətinin təhlükəsizliyi elmi biliklərə əsaslanan sahə olaraq, insanların bütün fəaliyyət sahələrində təhlükəli və zərərli faktorlardan mühafizəsinin nəzəri və əməli qaydalarını əhatə edir, onların yaşayış mühitində təhlükəsizliyini və sağlamlığını qorumaq məqsədi güdür. Həyat fəaliyyətinin təhlükəsizliyinə daxildir. 

https://www.aztu.edu.az/sub_site/az/kimya-texnologiya-tekrar-emal-ve-ekologiya-kafedrasi-55/page/magistratura-418

İqtisadiyyat və idarəetmə fakültəsi, Beynəlxalq ticarət, logistika və marketinq kafedrası, İqtisadiyyat və statistika kafedralarında da müvafiq ixtisaslarda Ətraf mühitin iqtisadiyytı, İnkişafın idarəedilməsi, Təbii sərvətlərin iqtisadiyyatı fənləri tədris olunur. 

https://www.aztu.edu.az/sub_site/az/iqtisadiyyat-ve-statistika-kafedrasi-54/page/bakalavriat-276

https://www.aztu.edu.az/sub_site/az/beynelxalq-ticaret-logistika-ve-marketinq-kafedrasi-19/page/bakalavriat-309