
Nicat Hüseynov
Enerji və Dayanıqlı İnkişaf İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən
E-poçt: nicat.huseynov@aztu.edu.az
Nicat Hüseynov 20 iyul 1998-ci ildə Sumqayıt şəhərində anadan olub. O, tam orta təhsilini Sumqayıt şəhəri Yusif Məmmədəliyev adına 31 saylı tam orta məktəbdə almışdır.
2015–2019-cu illərdə Sumqayıt Dövlət Universitetində elektroenergetika mühəndisliyi ixtisası üzrə bakalavr təhsili almış, 2019–2021-ci illərdə isə həmin universitetin sənaye qurğuları və texnoloji komplekslərin avtomatikası və elektrik intiqalı ixtisası üzrə magistr proqramını bitirmişdir.
Hazırda elektrotexniki sistemlər və komplekslər ixtisası üzrə doktorantura təhsilini davam etdirir. Onun dissertasiya mövzusu “Smart texnologiyalı paylayıcı elektrik şəbəkə və avadanlıqlarının iş rejimlərinin effektivliyinin yüksəldilməsi üsullarının işlənməsi” mövzusuna həsr olunmuşdur.
Nicat Hüseynov 2016–2019-cu illərdə Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri, 2019–2021-ci illərdə isə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında kompüter mütəxəssisi kimi fəaliyyət göstərmişdir. 2021–2023-cü illərdə “Azərişıq” ASC-də rele mühafizəsi üzrə mühəndis, 2023–2025-ci illərdə isə aparıcı mühəndis vəzifələrində çalışmışdır.
2021-cü ildən etibarən elektrotexnika sahəsində elmi-tədqiqat fəaliyyətini davam etdirən Nicat Hüseynova 2025-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) Enerji və Dayanıqlı İnkişaf İnstitutunun direktoru vəzifəsinin icrası həvalə olunub. O, eyni zamanda 2024-cü ildən etibarən AzTU-nun Elektrotexnika kafedrasında baş müəllim kimi pedaqoji fəaliyyət göstərir.
Onun elmi fəaliyyəti elektroenergetika, paylayıcı elektrik şəbəkələrinin optimallaşdırılması, smart texnologiyaların tətbiqi və enerji səmərəliliyinin artırılması istiqamətlərini əhatə edir. Nicat Hüseynov 20-yə yaxın yerli və beynəlxalq elmi jurnallarda dərc olunmuş məqalələrin müəllifidir.
Nicat Hüseynov 2016-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, bir övladı var.