Dayanıqlı İnkişaf İnstitutu

Dayanıqlı İnkişaf İnstitutu Azərbaycan Texniki Universitetinin (AzTU) rektorunun 08 sentyabr 2021-ci il tarixli 325 Ş(s) №li əmri ilə yaradılıb.

Dayanıqlı İnkişaf İnstitutunun məqsəd və vəzifələri:

- Universitetin qarşısına qoyduğu prioritet məsələlərin həyata keçirilməsi, professor-müəllim heyətinin fundamental, tətbiqi tədqiqatlarının və texniki ixtiralarının səviyyəsinin qaldırılması və kafedraların elmi-tədqiqat fəaliyyətinin yüksəldilməsi;

- Universitetin prioritet məsələləri istiqamətində iqtisadi, sosial ölçmələrin aparılması məqsədilə müşahidə, müayinə və sorğuların aparılması. Müasir proqram təminatlarından istifadə etməklə sorğu məlumatlarının və statistik bazaların emal edilməsi və təhlillərin aparılması, hesabatların tərtib edilməsi;

- Milli iqtisadiyyatının aktual problemləri, o cümlədən, dayanıqlı inkişaf, makroiqtisadi tənzimləmə, iqtisadiyyatın sahəvi, sosial və regional səpgidə tənzimlənməsi istiqamətlərində inkişafa nail olunması, qlobal iqtisadiyyatın inkişaf meylləri və Azərbaycanın regional iqtisadi əlaqələri və regional mövqeyinin qiymətləndirilməsi, milli və qlobal iqtisadi inkişafın proqnozlaşdırılması, sosial-iqtisadi inkişaf konsepsiyası, sosial tədqiqatların aparılması, əmək bazarının tədqiq edilməsi, ekspert və konsaltinq xidmətlərinin təşkili, iqtisadi təhlillərin hazırlanması;

- Universitetin elmi-texniki potensialının qorunması və inkişaf etdirilməsi üçün professor-müəllim heyətinin, bakalavr, magistr və doktorantura tələbələrinin cəlb edilməsi, yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması.