İqtisadiyyat və idarəetmə İqtisadiyyat və statistika kafedrası

İxtisaslar




İqtisadiyyat

İqtisadiyyat ixtisası iqtisadiyyatın bütün sahələrini əhatə edən geniş spektrli, peşəkar mütəxəssis yetişdirir. Bu ixtisas üzrə təhsil alan tələbələrə iqtisadiyyatı regional və sektorial olaraq təhlil etmək, həmçinin iqtisadiyyatın makroiqtisadi mənzərəsini, sosial-iqtisadi göstəricilərin dinamikasını; iqtisadi siyasətin əsas konturlarını təhlil aparmağı bacarığı aşılanır. İxtisas çəçivəsində kənd təsərrüfatı, sənaye və xidmət sektorunun iqtisadi inkişafdakı rolunu və əhəmiyyətini üzrə biliklər verilir. Məzunlar dövlət strukturlarının müvafiq bölmələrində, ictimai əhəmiyyətli qurum və şirkətlərdə, xarici investisiyalı müəssisələrdə, kiçik, orta və iri təsərrüfatçılıq subyektlərində, xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərdə və digər biznes strukturlarında fəaliyyət göstərə bilirlər.

Menecment

Menecment ixtisası çox geniş karyera imkanları olan gələcəyi perespektivli sahələrdən biridir. Menecment ixtisası üzrə məzun olan tələbələr müxtəlif dövlət qrumlarında, biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlarda layihə meneceri, insan resursları meneceri, əməliyyatların idarə edilməsi üzrə menecer, satınalmalar üzrə menecer, dövlət və bələdiyyə qulluqçusu, sahibkar, ictimaiyyətlə əlaqələr üzrə menecer işləyə bilər.

Statistika

Statistika cəmiyyətdə baş verən bütün prosesləri iqtisadiyyatda, mədəniyyətdə, əhalinin həyat səviyyəsində, ictimai həyatın formalaşmasında bütün dəyişiklikləri xarakterizə edir. Statistikanın əsas obyekti cəmiyyət və onun daxilində gedən proseslər və inkişaf nümunələridir. Statistika müasir iqtisadiyyatda, maliyyədə, menecmentdə peşəkar səviyyədə formalaşmasında baza kimi çıxış edir. Bu sahə bizi gələcəyə doğru aparır. Çünki bugünkü vəziyyət bizə dövrün necə olduğunu göstərir. Bugünün aktual məsələlərini (siyasi, iqtisadi) təhlil etməsək, biz gələcəyə irəliləyə bilmərik. Həmçinin günümüzdə “Data Analitika” sahəsinin inkişafı, bu sahə üzrə ixtisaslı kadrlara qlobal olaraq tələbatın çoxalması, statistika elminin aktuallığını bir daha vurğulayır. Çünki böyük həcmli dataların analizini statistika elmi üzrə biliklər olmadan həyata keçirmək qeyri-mümkündür. Bütün bunları nəzərə alaraq sahəni yüksək perspektivli sahələrdən biri hesab etmək olar.