XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

AzTU-nun baş müəllimi vəfat edib

2025-11-24
31
Xəbərlər

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasının baş müəllimi Sədaqət Mehdiyeva uzunsürən xəstəlikdən sonra vəfat edib.

Sədaqət Mehdiyeva 1978-1984-ci illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda (indiki AzTU) təhsil alıb. Təhsil aldığı dövrdən indiyə kimi ixtisas kafedrasında laborant, böyük laborant, mühəndis, assistent və baş müəllim vəzifələrində çalışıb.

AzTU-nun rəhbərliyi və kollektivi Sədaqət Mehdiyevanın vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.

Allah rəhmət eləsin!