XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Maşınqayırma texnologiyası kafedrasının əməkdaşları Almaniya universitetində səfərdə olub

2025-11-12
54
Xəbərlər

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasının müdiri professor Nizami Yusubov və kafed­ranın dosenti Ərəstun Məmmədov  Azərbaycan Elm Fon­du­nun maliyyələşdirdiyi qrant layihəsi (Qrant No. AEF-MGC-2024-2(50)-16/01/1-M-01) çərçivəsində Almaniyada səfərdə olub.  

Məqsəd birgə elmi təd­qiqatların daha da dərinləşdiril­mə­si, əldə olunan nə­ticə­lərin müzakirəsi, yerində prak­ti­ki təcrü­bələrin aparılması və aparılan tədqiqatların yüksək reytinqli elmi jurnallarda birgə dərc olunması məsələlərini müzakirə etmək olub.

Layihə rəhbəri professor Nizami Yusubov və layihə icraçısı dosent Ərəstun Məmmədov Almaniyanın Bran­den­burq Texniki Univer­si­teti Cottbus-Senftenbergin (BTU C-S) Maşın­qayır­ma, elektrik və enerji sitemləri fakültəsinin Metalkəsən dəzgahlar kafedrasında elmi ezamiyyə çərçivəsində sözügedən qrant layihəsi üzrə işlərin müzakirəsi məqsədilə BTU C-S kafedra müdiri professor Sylvio Simon və əməkdaşlarla görüş keçiriblər.

Səfər çərçivəsində AzTU nümayəndələrinin “Deutsche Bahn” Nəqliyyat Vasitələrinin Təmiri MMC-yə ekskursiyası təşkil edilib, görüşlərdə sənaye müəssisələri ilə elmi əməkdaşlıq və tex­no­loji istiqamət­lər müəyyənləşdirilib. Bundan başqa, Metalkəsən dəzgahlar laboratori­ya­sın­da bəzi ilkin eksperimental tədqiqatlar da aparılıb.

Qeyd edək ki, qrant layihəsi çərçivəsində BTU-da hazırda tədqiqatlar uğurla davam etdirilir.  Bu əməkdaşlıq qrant layihəsinin beynəlxalq reytin­qi­nin artırılmasına lazımi töhfə verməkdədir. Yerinə yetirilən tədqiqatların yüksək reytinqli elmi jurnallarda birgə dərc olunması və gələcəkdə birgə doktorantların hazırlanması planlaşdırılır.