Özbəkistanın Namanqan Dövlət Texniki Universitetinin (NDTU) Mexanika mühəndisliyi kafedrasının müdiri professor Nosirbek Saidmahamadov, professor Şükürcan Kenjaboyev və dosent Botircan Nişanov Azərbaycan Texniki Universitetidə (AzTU) olub. Qonaqlar AzTU-nun elm və innovasiyalar üzrə prorektoru professor Sübhan Namazov və beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədovla görüşüb. Görüşdə birg layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Maşınqayırma və metallurgiya fakültəsinin dekani Malik Qarayev, Maşınqayırma texnologiyası kafedrasının müdiri professor Nizami Yusubov və Metallurgiya və materiallar texnologiyası kafedrasının müdiri Səyami Hüseynovla görüşən özbəkistanlı qonaqlar birgə tədqiqatların həyata keçirilməsi ilə bağlı müzakirələr aparıblar.