Azərbaycan Texniki Universitetinin (AzTU) Elektrotexnika kafedrasının müəllimi Samir Yusifov tələbələr üçün “Araşdırma metodları və AI istifadəsi” mövzusunda seminar keçirib.
Seminarda tədqiqat metodlarının elmi araşdırmalardakı rolu, keyfiyyət və kəmiyyət yanaşmalarının əsas xüsusiyyətləri, anket və məzmun təhlili kimi praktiki üsullar geniş şəkildə izah edilib. Eyni zamanda, süni intellektin müasir tədqiqat proseslərinə təsiri, məlumatların avtomatlaşdırılmış emalı, böyük verilənlərin təhlili barədə nümunələr təqdim olunub.
Seminarın qonağı IELTS təlimçisi Elşən Qasımlı tələbələr üçün mövzu ilə bağlı vacib tövsiyələr verib.
Təlim çərçivəsində tədqiqat sualının formalaşdırılması, anket dizaynı, eksperimental və təsviri metodların seçimi, həmçinin süni intellekt dəstəyi ilə analizlərin aparılması kimi mövzular tələbələrin praktik bacarıqlarını inkişaf etdirmək məqsədilə əhatəli şəkildə izah olunb.
Seminar sual-cavab sessiyası ilə yekunlaşıb.