XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasıda BMT ekspertləri ilə görüş keçirilib

2025-10-03
121
Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO),  Qlobal Ekologiya Fondunu və BMT-nin “Ozon qatının qorunması haqqında Qlobal Konvensiya” Katibliyi ilə əməkdaşlıq çərçivəsində Kiqali Düzəlişi ilə tənzimlənən HFC-lərin (Hidrofluorkarbonların) Azərbaycanda istifadəsinin azaldılmasına və gələcəkdə digər alternativlərlə əvəzlənməsinə texniki dəstək göstərmək məqsədilə ölkəmizdə mövcud vəziyyətin, habelə təhsil və kadr imkanlarının ilkin qiymətləndirlməsi məqsədilə BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) ekspertlərinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) görüş keçirilb.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri, Ozon Konvensiyası üzrə milli əlaqələndirici Aysel Rzayeva, Beynəlxalq əməkdşaıq şöbəsinin aparıcı məsləhətçisi Gülsüm Huseynli, UNIDO-nun beynəlxalq ekspertləri Artem Kushnerev və Andrei Pinihin, layihə üzrə milli ekspert Məhərrəm Mehdiyev, Energetika fakültəsinin dekanı professor Hüseynqulu Quliyev, Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müdiri Vaqif Həsənov, Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının dosenti Naib Hacıyev, Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları kafedrasının müdiri dosent Natavan Namazova iştirak edib.

Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müdiri professor Vaqif Həsənov tədbir iştirakçılarına kafedranın elmi-pedaqoji fəaliyyəti haqqında ətraflı məlumat verib. O, “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişi ilə tənzimlənən kimyəvi maddələrin soyutma sistemləri, o cümlədən soyuducu və kondisionerlər, yanğınsöndürmə avadanlıqları, kimyəvi təmizləmə və s. sahələrdə geniş istifadəsi haqqında danışıb. Qeyd edib ki, Kiqali Düzəlişi bu maddələrin istifadəsinin mərhələli şəkildə azaldılmasını nəzərdə tutur. 

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri, Ozon Konvensiyası üzrə milli əlaqələndirici Aysel Rzayeva  çıxış edərək, 2025-ci il 30 sentyabr tarixində “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişinin Milli Məclisdə təsdiq olunduğunu qeyd edib.

Görüş zamanı ölkə üzrə soyutma-isitmə sistemləri ilə əlaqədar mütəxəssilərə olan tələbat, hazırda ixtisaslaşmanın hansı səviyyədə olması, kimyəvi maddələrin tədqiq edilməsi, hansı alternativ maddələrlə əvəzolunması və universitetlə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.