Energetika Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrası

Kafedra müdiri




 

Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının
müdiri, t.e.d. professor
Vaqif Hajan oğlu Həsənov
Tel: (+994 12) 539 14 32
E-poçt: vagif.hasanov@aztu.edu.az

Vaqif Hajan oğlu Həsənov 9 iyul 1964-cü ildə Qazax (Ağstafa) rayonu Kirovkənd (Həsənsu) kəndində anadan olub və 1971-1981-ci illərdə Kirovkənd orta məktəbində təhsil alıb.

1981-ci ildə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsinə daxil olub və 1986-cı ildə bitirib.

V.H. Həsənov gənc mütəxəssis kimi «Bakı Aqreqat İstehsalat Birliyinə» göndərilmiş və 1990-cı ildə AzTU-nun «İstilik və sоyuqluq tехniкаsı» kafedrasında lаbоrant ki­mi əmək fəaliyyətinə başlamışdır. 1992-ci ildə Azərbaycan Texniki Universitetinin «İstilik soyuqluq texnikası» kafedrasında 05.14.05-İstilik texnikasının nəzəri əsasları ixtisası üzrə dissertant olmuş və 1994-cü ildə “Ali karbohidrogenlərin binar qarışıqlarının müxtəlif hal parametrlərində sıxlığı“ mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.

1994-cü ilin sentyabr ayından İstilik və soyuqluq texnikası kafedrasında assistent, 2005-ci ildən müsabiqə yolu ilə tam ştat dоsent vəzifəsinə seçilmiş, 2013-cü ildən 2019-cu ilə qədər professor vəzifəsində çalışıb.

2006-2007-ci ildə А-dа еlm və mühəndislik üzrə „Kim-kimdir“ nəşriyyatının diplomuna layiq görülüb.

V.H.Həsənov 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə İstilik və soyuqluq kafedrası üzrə dosent elmi adını alıb.

V.H.Həsənov 2013-cü ildə AzTU-nun nəzdindəki D.02.031 Dissertasiya Şurasında 3343.01-«İstilik texnikasının nəzəri əsasları» ixtisası üzrə Yüksək hal parametrlərində üzvi birləşmələrin (karbohidrogen və spirtlərin) məhlullarının termodinamik xassələri  mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və 11 iyul 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika üzrə elmlər doktoru elmi dərəcəsini alıb.

V.H.Həsənov 2019-cu il may ayının 31-də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə İstilik energetikası kafedrası üzrə professor elmi adını alıb.

250-dən çox elmi və tədris-metodiki işin, o cümlədən 3 ixtira, 2 monoqrafiya (bunlardan 1-ü Almaniyanın Saarbryükken şəhərində yerləşən AV Akademikerverlag Gmbh & Co. KG / LAP LAMBERT Academic Publishing nəşriyyatında çap olunub), 7 dərslik, 5 dərs vəsaiti, 3 metodiki göstəriş, 1 metodiki vəsait və 21 fənn proqramının müəllifidir. Elmi əsərlərindən 52-i ABŞ, Almaniya, Fransa, Rusiya, Türkiyə, Belarusiya, Ukrayna və Kazaxstanın qabaqcıl texniki dərgi və məcmuələrində çap olunub. Müxtəlif beynəlxalq, eləcə də respublika elmi-texniki və metodiki konfranslarda çıxış edib. 1 doktorantı texnika üzrə fəlsəfə doktoru disserta­si­ya­sı­nı müdafiə edib.

V.H.Həsənov 2019-2025-ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasının Tətbiqi mexanika kafedrasında müdir vəzifəsində işləyib.

V.H.Həsənov kafedranın tədris etdiyi fənnlərdən Azərbaycan Dövlət Dəniz Akademiyasının “Tətbiqi mexanika” kafedrasına müdir vəzifəsinə seçildiyi vaxtadək  AzTU-nun İstilik energetikası kafedrasında mühazirələr oxuyub, laboratoriya və məşğələ dərslərini aparıb, kurs layihəsi və buraxılış işlərinə, tədris və istehsalat təcrübələrinə rəhbərlik edib. Kafedra üzrə dövlət büdcəli elmi-texniki işin məsul içraçısı olub.

V.H.Həsənov DAAD (Almaniya Akademik Mübadilə Xidməti) xətti ilə Almaniya Federativ Respublikasının Hamburq Texniki Universitetinin Termodinamika kafedrasında (3 ay 15.08.2006-15.11.2006) və Rostok Universitetinin Termodinamika kafedrasında (2 dəfə, 3 ay 30.06.2009-30.09.2009, 30.06.2012-30.09.2012) elmi tədqiqatlar aparıb və elmi mübadilələrdə iştirak edib.

V.H.Həsənov 2009-2010-cu illərdə «Еlекtrotехniкаеnеrgеtika» fакültəsinin tərbiyə işləri üzrə dекаn мüаvini vəzifəsində çalışıb, 2014-2018-ci illərdə AzTU-nun nəzdindəki D02.31 Dissertasiya Şurasının elmi seminarının üzvü, 2017-2018-ci illərdə AzTU-nun nəzdində fəaliyyət göstərən, elmi dərəcə verən (fəlsəfə doktoru və elmlər doktoru) D.02.31 Dissertasiya şurasının üzvü olub. V.H.Həsənov 2023-cü ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.02 Dissertasiya Şurasının üzvüdür.

V.H.Həsənov 2019-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Texnika elmləri bölməsi üzrə Ekspert şurasının üzvüdür.

V.H.Həsənov AzTU-da işlədiyi müddətdə universitet, fakultə və kafedranın ictimai işlərində də fəal iştirak edib.

V.H.Həsənov 2025-ci ildə Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasıın müdiri vəzifəsinə seçilib.  

 

Ailəlidir, 2 övladı var.