Energetika fakültəsi ölkəmizdə fəaliyyət göstərən müvafiq sənaye müəssisələrini mühəndis kadrlara olan ehtiyacını ödəmək üçün 1964-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) Elektrotexnika adı ilə yaradılıb. Fakültə 2001-ci ildən Elektrotexnika və energetika fakültəsi adlandırılıb. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkə iqtisadiyyatında baş verən köklü dəyişikliklər, enerji sahələrinin idarəedilməsinin intellektuallaşdırılması, ekoloji problemlərin həlli və yaşıl enerji texnologiyalarının enerjisistemə inteqrasiyası kadr hazırlığı strategiyasına yenidən baxılması fakültənin strukturunda dəyişikliklərin edilməsi və genişləndirilməsi zəruriliyini nəzərə alarq, 2021-ci ildə universitetin Elmi şurasının qərarı ilə fakültə Energetika və avtomatika, 05.07.2025-ci il tarixli 08 nömrəli qərarı ilə isə, əmək bazarının tələbləri nəzərə alınaraq fakültənin strukturunda yenidən əhəmiyyətli dəyişikliklər edilərək, fakültə “Energetika” olaraq adlandırılıb.
Fakültədə üç kafedra fəaliyyət göstərir:
1. Elektrotexnika kafedrası;
2. Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrası;
3. Mühəndis fizikası və elektronika.
Təhsil Azərbaycan, türk və rus dillərində aparılır.
Energetika fakültəsi müasir mühəndislik təhsilinin tələblərinə uyğun kadr hazırlığını həyata keçirir. Fakültədə tələbələr enerji sistemləri və onların intellektual idarə olunması, rejim və əks-qəza avtomatikası, elektrotexnika, yaşıl enerji texnologiyaları və intellektual elektrik şəbəkələri sahələrində dərin nəzəri biliklər və güclü praktiki bacarıqlar əldə edirlər.
Tədris prosesi dual təhsil modeli əsasında qurulub – bu yanaşma tələbələrin həm universitetdə, həm də real sənaye mühitində təcrübə keçməsinə şərait yaradır. Fakültədə yerli və beynəlxalq tələbələrə geniş imkanlar təqdim olunur.
Təcrübə yönümlü laboratoriyalar, universitet həyətində quraşdırılmış günəş və külək enerji qurğuları, eləcə də sənaye tərəfdaşlıqları tələbələrin yaşıl enerji və ağıllı texnologiyalar üzrə biliklərini tətbiq etməyə imkan verir.
Fakültə dünyanın aparıcı universitet və tədqiqat institutları ilə əməkdaşlıq edir, tələbələrə beynəlxalq təhsil proqramlarında, o cümlədən ikili diplom layihələrində iştirak imkanı yaradır.
Fakültənin məqsədi
Fakültənin fəaliyyətinin əsas məqsədi, ölkənin enerji sektorunun və müxtəlif sənaye, kommunal və social sahələrdə fəaliyyət göstərən müəssisələrin cari və perspektiv tələbatlarını nəzərə almaqla, istilik energetikası, elektroenergetika və elektronika sahələrində yüksək ixtisaslı mühəndis kadrların hazırlığının həyata keçirilməsini təmin etməkdir.
Fakültənin vəzifələri
• Enerji sektorunun və sənayenin elektrik təchizatı ilə bağlı digər müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrin tələbatlarına uyğun yüksək ixtisaslı kadrların hazırlanması;
*Elektrik və elektronika mühəndisliyi ixtisası üzrə ikili diplom proqramlarının həyata keçirilməsi ilə yüksək istisaslı mühəndis kadrların hazırlanması;
• Energetika sahəsində müasir Smart texnologiyaların tətbiqi və inkişaf perspektivlərini nəzərə almaqla, mövcud kadr potensialının əlavə təhsilinin həyata keçirilməsi;
• Yerli və beynəlxalq səviyyələrdə enerji sektoru müəssisələri, elm və istehsalat birlikləri ilə birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, elmi və innovativ fəaliyyətin təmin edilməsi və alınan nəticələrin reallaşdırılmasının həyata keçirilməsi;
• İxtisas kafedraları ilə birlikdə beynəlxalq mübadilə və mobillik proqaramlarında əməkdaşların və təhsilalanların iştirakının təmin edilməsi;
• Fakültənin nəzdində faəliyyət göstərən ixtisas kafedralarının koordinasiyasının həyata keçirilməsi.