Elektrik və elektronika mühəndisliyi
Elektrik və elektronika mühəndisliyi ixtisası müasir dünyanın texnoloji inkişafında əsas rol oynayan sahələrdən biridir. Bu ixtisas üzrə təhsil alan tələbələr elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakı, sənaye avadanlıqlarının, elektron qurğuların layihələndirilməsi və texniki istismarı sahəsində geniş və dərin biliklər əldə edirlər. Müasir dövrdə ağıllı ev sistemləri, avtomatlaşdırılmış istehsal xətləri, elektroavtomobil texnologiyaları, mikroelektronika və süni intellektlə inteqrasiya olunmuş idarəetmə sistemləri bu sahənin əsas tədqiqat və tətbiq istiqamətlərindəndir.
Azərbaycan Texniki Universitetində bu ixtisas üzrə tələbələrə həm yerli təhsil proqramı, həm də Türkiyənin Gazi Universiteti ilə ikili diplom proqramı təklif olunur. Bu proqram çərçivəsində tələbələr 2 il AzTU-da, 2 il isə Gazi Universitetində təhsil alaraq həm nəzəri, həm də beynəlxalq praktiki biliklərə yiyələnir və hər iki universitetin diplomunu əldə edirlər.
Bu ixtisas üzrə təhsil alan tələbələr elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakı, sənaye avadanlıqlarının, elektrik elektronikası qurğularının layihələndirilməsi və texniki istismarı sahəsində əhatəli və dərin biliklər əldə edirlər. Müasir dövrdə ağıllı şəbəkə və ev sistemləri, avtomatlaşdırılmış istehsal xətləri, elektrik intiqalı, elektrik və elektron materialları, elektroavtomobil texnologiyaları, mikroelektronika və süni intellektlə inteqrasiya olunmuş idarəetmə sistemləri bu sahənin əsas tədqiqat və tətbiq istiqamətlərindəndir.
İxtisası bitirənlər müxtəlif sənaye sahələrinin və kənd təsərrüfatımım elektrik təchizat sistemlərində, o cümlədən Azərenerji ASC, Azərişıq ASC, SOCAR və digər geniş profilli sahələrdə işləyə bilərlər.
Energetika mühəndisliyi
Energetika mühəndisliyi ixtisası müasir enerji sektorunun aparıcı istiqamətləri – bərpa olunan enerji mənbələri, ağıllı enerji şəbəkələri (smart grids), enerjiyə qənaət texnologiyaları və enerjisistemlərin avtomatik idarə olunması üzrə mühəndislər hazırlayır. Bu sahədə təhsil alan tələbələr sənaye, nəqliyyat və kommunal infrastrukturda elektrik təchizatı sistemlərinin layihələndirilməsi, enerji itkilərinin minimuma endirilməsi, enerji effektivliyi, rele mühafizəsi və əks-qəza idarəetmə sistemlərinin tətbiqi sahələrində peşəkar bilik və bacarıqlarla təmin olunurlar.
Energetika mühəndisliyi ixtisası elektrik stansiyaları və şəbəkələrinin, sənayedə və nəqliyyatda elektrik təchizatı sistemlərinin, onların istilik və elektrik avadanlıqlarının, güc qurğularının, müasir rele mühafizəsi və avtomatikasının layihələndirilməsi, quraşdırılması, rəqəmsal idarə olunması və texniki istismarı üzrə mütəxəssis hazırlığını nəzərdə tutur.
Bu ixtisas müasir enerji sektorunun aparıcı istiqamətləri olan bərpa olunan enerji mənbələri, ağıllı enerji şəbəkələri (smart grids), enerjiyə qənaət və enerji effektivliyi texnologiyaları və enerjisistemlərin avtomatik idarə olunması üzrə mühəndis kadrlar hazırlayır. Bu sahədə təhsil alan tələbələr ənənəvi və yaşıl texnologiyalı elektrik stansiyaları, şəbəkələri, onların idarə olunması, sənaye, nəqliyyat və kommunal infrastrukturda elektrik təchizatı sistemlərinin layihələndirilməsi, enerji audit, enerji effektivliyi, rele mühafizəsi və əks-qəza idarəetmə sistemlərinin tətbiqi sahələrində peşəkar bilik və bacarıqlara yiyələnirlər.
İxtisası bitirənlər müxtəlif tipli elektrik stansiyalarında, elektrik təchizatı üzrə profilləşən müxtəlif şirkətlər və müəssisələrdə, hava limanlarında, metropolitendə, dəmiryolu idarələrində, o cümlədən Azərenerji ASC, Azərişıq ASC və neft-qaz sənayesinin müxtəlif bölmələrində işləyə bilərlər.
*Türkiyə Respublikasının Qazi Universiteti ilə birgə ikili diplom proqramı.