Energetika və avtomatika

Mühəndis fizikası və elektronika kafedrası

Mühəndis fizikası və Elektronika kafedrası 2021-ci il 3 fevral tarixli Elmi Şuranın qərarına əsasən Fizika və Elektronika kafedralarının bazaları əsasında yaradılıb.

Fizika kafedrası 1951-ci ildə Azərbaycan Politexnik Institutunda yaradılıb.

1951–1974-cu illərdə kafedraya f.-r. e.d., professor Zahid Əlizadə, 1975-1996-cı illərdə Azərbaycan Respublika Dövlət Mükafatı laureatı, t.e.d., professor Ramiz Mustafayev rəhbərlik edib

1997-ci ildə Fizika kafedrası iki yerə - mexanika yönümlü Fizika 1 və elektrik yönümlü Fizika 2 kafedralarına bölünüb.

2003 – cü il 10 fevral tarixində universitetin Elmi Şurasının qərarı ilə Fizika 1 və Fizika 2 kafedraları birləşdirilib və Fizika kafedrası yaradılıb.

Elektronika kafedrası 1961-ci ildə Sənaye elektronikası adı ilə yaradılıb.

1961-ci ildən 2021-ci ilə qədər kafedra müxtəlif adlarla fəaliyyətini davam edib. Həmin dövrlərdə kafedralara t.e.n., dosent İbrahim Gülməmmədov, əməkdar elm xadimi, t.e.d., professor Abdul-Mabut Abdullayev, əməkdar elm xadimi, f.r.e.d., professor Zərifə İsgəndərzadə və f.r.e.d., professor Hüseyn Orucov rəhbərlik edib.

Yaradıldığı gündən kafedra “Elektron cihazları”, “Sənaye elektronikası”, “Güc elektronikası”, “Yarımkeçiricilər və dielektriklər”, “Elektron texnikası material və komponentlərinin fizikası və texnologiyası”, “Elektron hesablama maşınları və qurğularının konstruksiya edilməsi”, “Biotexniki aparat və qurğular”, “Elektron texnikası” ixtisasları üzrə minlərlə mühəndis kadr hazırlayıb.Eyni zamanda “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” istiqaməti üzrə bakalavr və magistr səviyyələrində mühəndis kadrları da hazırlayıb. 2019-cu ildə bu kafedra Biotibbi texnika kafedrası ilə birləşib.Biotibbi texnika kafedrası 2014-cü ildə “Biotibbi texnika mühəndisliyi” ixtisası ilə “Bioloji və tibbi praktikada mühəndis işi”, “Biotibbi və radioelektron aparatlarına servis xidməti”, “Tibbi və texniki diaqnostik üsul və cihazlar” ixtisaslaşmaları üzrə bakalavr və magistr kadrların hazırlığını aparan kafedra kimi fəaliyyət göstərib.Həmin kafedraya isə birləşmədən əvvəl t.e.d., dosent Abdullayev Namiq Tahir oğlu rəhbərlik edib.