XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

“Biotibbi texnologiyaların gələcəyi, individual iş prinsipləri” mövzusunda seminar keçirilib

2025-10-16
17
Xəbərlər

Mühəndis fizikası və elektronika kafedrasında  “Biotibbi texnologiyaların gələcəyi, individual iş prinsipləri” mövzusunda seminar keçirilib.

Seminarda “OVERMEDSERVICE” MMC şirkətinin rəhbəri Təbriz Nəzirli biotibbi texnologiyaların inkişaf perspektivləri, tibbi cihazların texniki qulluq və servis prinsipləri barədə ətraflı məlumat verib.

Təbriz Nəzirli bildirib ki, rəhbərlik etdiyi “OVERMEDSERVICE” MMC şirkəti tibbi cihaz və avadanlıqların təmiri, quraşdırılması, diaqnostikası və texniki servis xidməti sahəsində fəaliyyət göstərir.

Cihazlara süni tənəffüs, anesteziya cihazları, sterilizasiya, diaqnostik və terapiya, radiologiya və neonatologiya avadanlıqları və s. daxildir.

Seminar çərçivəsində tələbələrə real iş təcrübəsində görülən işlərlə bağlı məlumat verilib, gələcəkdə bu sahədə karyera imkanları barədə faydalı müzakirələr aparılıb.

Bu il AzTU-nun magistratura səviyyəsindən məzun olan 2 nəfərə şirkətdə təcrübə keçmək üçün imkanlar yaradılacağı bildirilib.