Rusiyanın Sankt-Peterburq Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Hüquqşünaslıq və Məhkəmə-Texniki Ekspertiza Ali Məktəbinin rəhbəri D.A. Moxorov, məktəbin dosenti V.A. Koçemirovski və laboratoriya müdiri dosent P.V.Menşikov Azərbaycan Texniki Universitetinin (AzTU) professor-müəllim heyətinə elektronika sahəsində yeni materiallara dair seminar keçib.
D.A. Moxorov əvvəlcə rəhbərlik etdiyi Ali Məktəb haqqında geniş təqdimat edib. Daha sonra dosent V.A.Koçemirovski və dosent P.V.Menşikov AzTU-nun Mühəndis fizikası və elektronika kafedrasının əməkdaşları ilə birlikdə apardığı elmi tədqiqatlar haqqında qısa məlumat verib. Daha sonra o hazırda yerinə yetirdiyi Mikroelektronika və kataliz üçün nanomaterialların lazerlə sintez edilməsi texnologiyası” tədqiqat işi barədə təqdimatla çıxış edib. Seminarın sonunda suallar cavablandırılıb və birgə fəaliyyət planları müzakirə edilib.