XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasında elmi-seminar

2025-04-29
42
Xəbərlər

Azərbaycan Texniki Universitetininn (AzTU) Energetika fakültəsinin Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasında kafedra müdiri professor Vaqif Həsənovun təqdimatında “Maddələrin istilik-fiziki və termodinamik xassələrinin tədqiqi: dünən, bu gün, sabah” mövzusunda elmi- seminar keçirilib. Elmi-seminarda kafedranın əməkdaşları ilə yanaşı Energetika fakültəsinin dekanı, professor Hüseynqulu Quliyev, Sumqayıt Dövlət Universitetinin Magistratura, doktorantura və elm şöbəsinin müdiri dosent Samir Orucov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov iştirak edib.

Elmi seminarı Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müdiri professor Vaqif Həsənov açaraq AzTU rektoru Vilayət Vəliyevə yaradılmış elmi mühitə görə elmi seminar iştirakçıları adından təşəkkürünü bildirib.

Mövzu ətrafında çıxış edən professor Həsənov yeni texnika və texnologiyaların sürətli inkişafı səbəbindən maddələrin xassələrinin etibarlı qiymətləri barədə məlumatın olması, sənaye proseslərinin qurulması və aparılmasını çox vacib və texnoloji proseslərin səmərəliliyinin artırılmasına gətirib çıxaracağını, eyni zamanda bu qiymətlərin maye və qazların molekulyar-kinetik nəzəriyyəsinin inkişafı üçün istifadə oluna biləcəyini qeyd edib.

Həmçinin çoxsaylı araşdırmalar onu göstərir ki, qeyri-neft sahələri arasında perspektiv baxımından ən əsas mövqelərdən birini Alternativ və bərpa olunan enerji mənbələri tutur. Professor bu sahədə elmi araşdırmalar aparılacağı haqqında seminar iştirakçılarını məlumatlandırıb. 

Professor Hüseynqulu Quliyev gənc alimlər və tədqiqatçılar üçün belə elmi tədbirlərin əhəmiyyətindən danışıb.

Professor Nurməmməd Məmmədov, dosent Samir Orucov, professor Aydın Muradəliyev seminarın əhəmiyyətindən danışıb, kafedranın fəaliyyətində bu kimi seminarların və gənc elmi-tədqiqatçıların bu istiqamətdə olan fəaliyyətlərini daima gündəmdə saxlamağın vacibliyini bildiriblər.

Sonda professor Vaqif Həsənov elmi nəzəriyyənin praktikaya tətbiqinin, alınan nəticələrin səmərəliliyinin əhəmiyyətini seminar iştirakçılarının diqqətinə çatdırıb.