İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi Kibertəhlükəsizlik kafedrası

Beynəlxalq




Kibertəhlükəsizlik kafedrasının aşağıdakı universitetlərlə elmi əlaqələri mövcuddur:

· İstanbul Texniki Universiteti (Türkiyə)

· Qəbzə Texniki Universiteti (Türkiyə)

· Sakarya Universiteti (Türkiyə)

· Bahçaşehir Universiteti (Türkiyə)

· Yonsei Universiteti (Koreya Universiteti)

· Xarkov Milli Radioelektronika Universiteti (Ukrayna)

· L.N.Qumilyov adına Avrasiya Milli Universiteti (Qazaxıstan)

· Al-Farabi Qazax Milli Universiteti (Qazaxıstan)

· Kluj-Napoka Texniki Universiteti (Rumıniya)

· Daşkənd Dövlət İqtisad Universiteti (Özbəkistan) 

Kafedranın əməkdaşlarının beynəlxalq proqram və layihələrdə iştirakı:

1. 2022-ci ilin mart-may və may iyul aylarında AzTU-nun təşkilatçılığı ilə Qazi Universitetində “Tədqiqat və Təcrübə Proqramı” (müəllimlər Əzimə Hüseynova, Aysel Əsgərli, Fərid Qasımlı, Adilə Kərimova)

2. Qarşılıqlı əməkdaşlıq müqaviləsi çərçivəsində OTDU-də 1 semestrlik təhsil proqramı, 15 Sentyabr 2025 – 16 Fevral 2026 tarixlərini əhatə etmişdir. İcraçılar: İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri Mürsəlli Sevinc (6424a2) və Bünyadova Aytac (6424e).  

Kafedra əməkdaşlarının beynəlxalq təqaüd proqramlarında iştırakı və xarici ölkələrdə elmi-pedaqoji fəaliyyəti

Dosent, t.e.d. Yadigar İmamverdiyev 2000-ci ildə Rusiya Elmlər Akademiyası Sistemli Analiz İnstitutunda, 2005-ci ildə Malayziyada, 2009-cu ildə ABŞ San-Xose Dövlət Universitetində, 2011-2012-ci illərdə Yonsei Universitetində (Koreya Respublikası), 2017-ci ildə ETRI-də (Electronics and Telecommunications Research Institute) tədqiqat proqramlarında və ixtisasartırma kurslarında iştirak etmişdir.