İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi Kompüter texnologiyaları kafedrası

Kafedra müdiri




Kompüter texnologiyaları kafedrasının müdiri

Texnika elmləri namizədi dosent Cəfərov Zəfər Əli oğlu

E-poçt: zafar.cafarov@aztu.edu.az

Cəfərov Zəfər Əli oğlu 28 noyabr 1962-ci ildə anadan olub.

1985-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) tətbiqi riyaziyyat ixtisası üzrə bitirib.

1985-1993-cü illərdə təyinat üzrə Rusiya Federasiyasının Ulyanovsk şəhərində SSRİ Hərbi Dəniz Donanması «MARS» elmi-istehsalat birliyində mühəndis, kiçik elmi-işçi, aparıcı mühəndis, sektor rəisi vəzifələrində çalışıb.

1993-2013-cü illərdə Azərbaycan Texniki Universitetində (AzTU) baş müəllim, dosent vəzifələrində işləyib.

2013-2021-ci ilərdə AzTU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında çalışıb.

2025 -ci ilə AzTU-nun Kompüter texnologiyaları kafedrasının müdiri vəzifəsinə seçilib.

130-dən artıq tədris vəsaiti, məqalə, konfrans materialları və tədqiqat işlərinin müəllifidir.