Fakültənin təqdimatı
Azərbaycan Texniki Universitetində (AzTU) metallurgiya sahəsində mütəxəssis hazırlayan Metallurgiya və materialşünaslıq fakültəsi 1964-cü ilin fevralında yaranıb.
Bu fakültənin ixtisaslarını bitirən məzunlar respublikanın ən iri metallurgiya və maşınqayırma zavodlarında, şirkətlərdə və elmi-tədqiqat laboratoriyalarında işləyə bilərlər.
Təhsil azərbaycan və rus dillərində aparılır.
Fakültənin nəzdində 2 kafedra fəaliyyət göstərir:
• Metallurgiya və materiallar texnologiyası;
• Kimya texnologiya, təkrar emal və ekologiya.
Hazırda fakültənin nəzdində fəaliyyət göstərən 2 kafedrada 6 ixtisas üzrə bakalavr və 7 ixtisas (13 ixtisaslaşma) üzrə magistr təhsil səviyyəsində kadr hazırlığı həyata keçirilir.
Kafedralarda aşağıdakı istiqamətlərdə elmi-tədqiqat işləri yerinə yetirilir:
• Metallurgiya;
• Materialşünaslıq;
• Təkrar emal sənayesində innovativ texnologiyalar.
Fakültədə özü-özünü maliyyələşdirilən 3 Elmi–tədqiqat laboratoriyası fəaliyyət göstərir:
• Yüksəkmöhkəmlikli ərintilərin metalşünaslığı;
• Pəstah istehsalının innovativ texnologiyaları;
• Siklik birləşmələr.
Fakültənin kafedraları aşağıdakı müəssisələrlə əməkdaşlıq edir:
• “Baku Steel Company” MMC;
• “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti;
• “Azəralüminium” Açıq Səhmdar Cəmiyyəti;
• “Sumqayıt texnologiyalar parkı”MMC;
• Bakı “Elektriktökmə” Açıq Səhmdar Cəmiyyəti;
• Azərbaycan Milli Aeorokosmik agentliyi;
• Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələri;
• Azərbaycan Milli Elmlər Akademiyasının Kimya İnstitutu