2021-ci ilin yanvarında Azərbaycan Texniki Universitetdə (AzTU) struktur dəyişikliyi ilə əlaqəli Metallurgiya və metalşünaslıq və Materiallar texnologiyası kafedraları birləşib. Hər iki kafedranın bazası əsasında yeni kafedra:Metallurgiya və materiallar texnologiyası kafedrası yaradılıb.
Hazırda Metallurgiya və materiallar texnologiyası adı ilə fəaliyyət göstərən kafedra 1967-ci ildə Metallurgiya fakültəsində Metallar texnologiyası və metalşünaslıq kafedrasının bazasında Qara və əlvan metalların metallurgiyası kafedrası yaradılıb. 1988-ci ildə kafedranın adı dəyişdirilərək Metallurgiya və metalşünaslıq olub.
Materiallar texnologiyası kafedrası isə sonrakı dövrlərdə müxtəlif adlarla-1950-1966-cı illərdə Metallar texnologiyası və metalşünaslıq, 1967-1978-ci illərdə Konstruksiya materiallarının texnologiyası, 1978-1998-ci illərdə Konstruksiya materiallarının texnologiyası, ovuntu materialşünaslığı və korroziya, 1998-2015-ci illərdə Konstruksiya və kompozisiya materiallarının texnologiyası, 2015-2017-ci illərdə Konstruksiya materialları, 2017-2021-ci ildək Materiallar texnologiyası adlandırılıb.
Müxtəlif illərdə kafedraya t.e.d., prof. Nadir Qasımzadə, dos.Həbib Abbasov, t.e.n., dos. Zülfiyyə Fərzəlibəyova, t.e.d., prof. Xanoğlan İmanov, t.e.n., prof. Rəhim Şükürov, t.e.d., prof. Zakir Məmmədov, t.e.d., prof. Rafiq Hüseynov, t.e.d., prof. Mustafa Babanlı, t.e.d., prof. Sübhan Namazov, t.e.n. prof. Babayev Aqil, t.e.d., prof. Arif Məmmədov, rəhbərlik edib.
Kafedra tərəfindən indiyə kimi buraxılmış mühəndis-bakalavrların, magistrlərin sayı təxminən 8150 nəfər təşkil edir. Hazırda kafedra metallurgiya mühəndisliyi, materialşünaslıq mühəndisliyi (materiallar mühəndisliyi), dağ-mədən mühəndisliyi (mədən mühəndisliyi) ixtisasları (proqramları) üzrə bakalavr və magistrlər hazırlayır.