Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.

Metallurgiya və materialşünaslıq fakültəsinin dekanı
t.e.f.d., dosent Poladov Nizami Qədim oğlu
Tel: (+994 12) 538-34-69
E-poçt: nizami_poladov@mail.ru

Poladov Nizami Qədim oğlu 22 may 1982-ci ildə Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində anadan olub.

1999-cu ildə Bakı şəhəri 99 saylı orta məktəbi bitirərək Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya fakültəsinə daxil olub. 2003-cü ildə Qara və əlvan metalların tökmə istehsalı ixtisasının bakalavriat, 2005-ci ildə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

2003-cü ildə “Baku Steel Company” şirkətinin universitetdə keçirdiyi müsabiqədə fərqlənərək təqaüdə layiq görülüb və həmin zavodda işlə təmin olunub.

2003-2005-ci illərdə “Baku Steel Company” şirkətində poladəridən köməkçisi vəzifəsində çalışıb.

2005-ci ildə “Bakı Poladtökmə” ASC-də növbə rəisi vəzifəsində çalışıb.

2005-2006-cı illərdə hərbi xidmətdə olub.

2006-2009-cu illərdə “Bakı Poladtökmə” ASC-də poladəridən vəzifəsində çalışıb.

2009-2010-cu illərdə “İdeal Dizayn” MMCdə şöbə müdiri, 2010-2014-cü illərdə “EMBAWOOD” MMC-də bölmə müdiri vəzifəsində çalışıb.

2009-cu ildə AzTU-da aspiranturaya daxil olub, 2012-ci ildə “Çuqun metal qəlibin istismar xassələrinin yüksəldilməsini təmin edən metallurji və texnoloji tədbirlərin işlənməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2013-cü ildən AzTU-nun Tökmə və qaynaq istehsalı kafedrasında baş müəllim vəzifəsində işləyərək dosent vəzifəsinədək yüksəlib.

2013-2015-ci illərdə “Nanostrukturlu materialların sintezi və tətbiqi problemləri” ETL–da 0,5 ştatda böyük elmi işçi vəzifəsində çalışıb.

2015-2016-cı illərdə SABAH mərkəzinin koordinatoru vəzifəsində çalışıb.

2016-cı ildən AzTU-nun doktorantıdır və “İri kütləli töküklərin alınması üçün qəliblərin möhkəmlik və istismar xarakteristikalarının artırılması” mövzusunda dissertasiyanın üzərində işləyir.

Materiallar texnologiyası kafedrasında dosent vəzifəsində çalışır.

2019-cu ilin dekabrında Metallurgiya və materialşünaslıq fakültəsinin dekanı vəzifəsinə seçilib.

37 elmi əsər, 11 bakalavriat və magistratura səviyyələri üçün fənn proqramı, 2 dərs vəsaitinin müəllifidir. Məqalələri Azərbaycan, Sankt-Peterburq, Donetskdə nəşr olunub.

Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

Ailəlidir, 3 oğlu, bir qızı var.