Metallurgiya və materialşünaslıq

Kimya texnologiya, təkrar emal və ekologiya kafedrası

Kimya texnologiya, təkrar emal və ekologiya kafedrası 2021-ci ilin yanvarında universitetdə struktur dəyişikləri ilə əlaqədar olaraq Kimya və sənaye ekologiyası və Həyat fəaliyyətinin təhlükəsizliyi kafedralarının bazası əsasında yaradılıb. Yeni yaradılmış kafedraya texnika üzrə elmlər doktoru, professor Fəxrəddin Yusubov rəhbərlik edir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə SSRİ və Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən Azərbaycan Politexnik İnstitutunun  Memarlıq, İnşaat və Hidromeliorasiya fakültələrinin əsasında Azərbaycan İnşaat Mühəndislər İnstitutu (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) yaradılıb. AzPİ-də fəaliyyət göstərən Ümumi kimya kafedrasının və Analitik kimya və kimya texnologiyası kafedrasının bir çox əməkdaşları yeni yaradılan İnstituta köçürülüb və beləliklə, hər iki kafedranın dərs yükləri azalır və həmin ildə kafedralar birləşdirilərək Kimya- kafedrası adlandırılıb.

Kafedrada professor Elman Məmmədovun rəhbərliyi ilə “Karbon turşuları və onların halogenanhidridlərinin müxtəlif reagentlərlə qarşılıqlı təsiri” mövzusunda elmi-tədqiqat işləri aparılıb və üzvi kimya sahəsində alınan nəticələr fundamental üzvi kimyaya qiymətli nəzəri yeniliklər əlavə edilib.

Sənaye ekologiyası və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrası öz fəaliyyətini Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda (Azərbaycan Texniki Universiteti) 1955–ci ildə yaradılan Təhlükəsizlik texnikası və yanğına qarşı texnika adı ilə fəaliyyət göstərib.

1988-90-cı illərdə kafedranın tədris fəaliyyətində yeni bir istiqamət formalaşmağa başlayıb. Metallurgiya fakultəsində qara və əlvan metalların tökmə prosesində ekologiya məsələlərinə baxılırdı, diplom layihələrində konkret ekologiya məsələləri həll edilirdi.

1992-ci ildə kafedranın adı dəyişdirilib Sənaye ekologiyası və həyat fəaliyyətinin təhlükəsizliyi adlandırılıb.

Magistratura səviyyəsində 2020-ci ilə qədər Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə “Həyat fəaliyyətinin təhlükəsizliyi” ixtisaslaşması və “Ekologiya mühəndisliyi” ixtisası üzrə “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması” ixtisaslaşmasında tədris aparılıb.

Lakin 2020-ci ildən etibarən ekologiya mühəndisliyi ixtisası üzrə daha iki ixtisaslaşma, "Təbii ehtiyatların qorunması və təkrar emalı” və “Nəqliyyat ekologiyası” və həmçinin “kimya mühəndisliyi” ixtisaslaşmalarında tədris aparılır.

Ekologiya mühəndisliyi ixtisasına yiyələnən ekoloq ətraf mühitdə baş verən dəyişiklərin analizi ilə məşğul olur, təbiətə dəyə biləcək zərərin qarşısını almaq və artıq baş vermiş çirklənmələrin zərərli təsirin qarşısını almaq üçün lazimi tədbirlərin hazırlanmasını təşkil edir. Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası fövqəladə hadisələr (partlayışlar, zəhərlənmələr, təbii hadisələr və s.), fövqəladə hallar və onların təhlükəli amilləri, fövqəladə halların nəticələrinin proqnozlaşdırılması, obyektlərin, bina və qurğuların dayanıqlığının qiymətləndirilməsi və təmin edilməsi qayda və üsullarını, halların nəticələrinin aradan qaldırılması qaydaları, üsullarını və s. öyrənir.

Göstərilən ixtisaslar üzrə 2000-2020-ci tədris illərində buraxılan mühəndis bakalavr və magistrlərin sayı təxminən 650-dən çox olub.

2005-2010-cu illərdə Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində Ekologiya-(Metallurgiya) ixtisası üzrə magistr hazırlığı aparılıb.

Kafedra Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti və Rostok Universiteti ilə əməkdaşlıq edib.

Kafedrada son illərdə 6 dərslik, 21 dərs vəsaiti, 11 metodik göstəriş çap edilib.