XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

“Su ehtiyatlarının qorunması” mövzusunda elmi-seminar keçirilib

2025-07-09
6
Xəbərlər

Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasında seminar keçirilib.

“Su ehtiyatlarının qorunması” mövzusunda təşkil olunan seminarda kafedranın əməkdaşları iştirak edib.

Seminar su ehtiyatlarından düzgün istifadə, israfın azaldılması və su layihələrinin hazırlanmasına həsr edilib.

Seminarda kafedra müdiri professor Fəxrəddin Yusubov çıxış edərək hazırda Azərbaycanda və dünyada mövcud olan su problemlərindən və onların həlli yollarından danışıb. Qeyd edib ki, su qıtlığının aradan qaldırılması üçün hər bir insan çalışmalıdır. Seminarda su layihələri müzakirə edilib. Dosent Nəcibə Şirinova, professor Güləhməd Talıbov, müəllimlər Məzahir Qaraxanov, Sevil Rüstəmova və digərləri müzakirə ətrafında fikirlərini bildiriblər.