Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının müdiri Yusubov Fəxrəddin Vəli oğlu 3 aprel 1961-ci ildə anadan olmuşdur. 1978-ci ildə orta məktəbi fərqlənmə ilə bitirmişdir. Həmin ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutuna daxil olmuşdur.1983-cü ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun «Kimya texnologiyası proseslərinin kompleks mexanikləşdirilməsi» ixtisasını bitirmişdir. İnstitutu bitirdikdən sonra təyinatla 1983-cü ildən 1987-ci ilədək Türkmənistan SSR Nebit-Dağ şəhərinin Yod-brom zavodunda mühəndis, sahə rəisi vəzifələrində çalışmışdır. Orada istehsalata tətbiq olunmuş iki cəmərələşdirici təkliflərin müəllifidir.1987 -ci ildə Azərbaycana qayıdaraq, 1987-1988-ci illərdə Azərbaycan Neft-kimya Müəssisələrini Layihələndirmə İnstitutunda mühəndis vəzifəsində işləmişdir. 1988-1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Y.H.Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olmuş, eyni zamanda orada "Kimya texnologiyası " üzrə aparıcı mühəndis, elmi işçi və baş elmi işçi vəzifəsilərində işləmişdir. O,1992-ci ildə «Parafinlərin adsorbsiya üsulu ilə aromatsızlaşdırılması prosesi (riyazi modelləşdirilmə və optimal layihələndirilmə)» mövzusunda dissertasiyanı müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 2011-ci ildə 3303. 01- "Kimya texnologiyası və mühəndisliyi" ixtisası üzrə "Maye və qaz fazalı qarışıqların adsorbsiyası proseslərinin optimal layihələşdirilməsinin əsasları" mövzusunda doktorluq disertasiyasını müdafiə etmişdir. Doktorluq dissertasiyasının təcrübi tədqiqatlarını Alman Akademik Mübadilə Xidmətinin (DAAD) qrantları ilə Almaniya Federativ Respublikasının Leipçiq (2000-ci il), Erlangen-Nürnberq (2005-ci il) və Kaiserslautern (2008 və 2015-ci illər) Universitetlərində yerinə yetirilmişdir. 1995-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasının “Kimya texnologiyasının mühəndis əsasları” kafedrasında əvvəlcə assistent, 1997/98-ci tədris ilindən isə dosent vəzifəsində işləmişdir. 1999-cu ildən 2012-ci ilin 4 sentyabradək “Kimya texnologiya” fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır. 2012-ci ilin 4 sentyabrından indiki 2021-сi ilin fevralınadək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin indiki "Neft-kimya texnologiyası və sənaye ekologiyası" kafedrasının professoru vəzifəsində çalışmışdır. 2021-ci il 9 fevraldan Azərbaycan Texniki Universitetində “Kimya texnologiya, təkrar emal və ekologiya” kafedrasının müdiri vəzifəsində çalışır. 2013-2015-ci illərdə Avropa birliyinin TEMPUS LAYİHƏSİ-ndə: (516678 TEMPUS-1-2011-1-DE-TEMPUS-JPCR) AZƏRBAYCAN ÜÇÜN MÜHƏNDIS TƏHSILINDƏ TƏDRIS PROSESININ BOLONYA PROSESINƏ UYĞUNLAŞDIRILMASI) biliyin qiymətləndirilməsi üzrə məsul şəxs kimi çalışmışdır. 2013 ildən -2015-ci ilin martınadək AMEA-nın "Kataliz və Qeyri-üzvi kimya " institutu nəzdindəki Ixtisaslaşdırılmış müdafiə Şurasının üzvi olmuşdur. 2015-2017-ciillərdə Azərbay-can Respublikasının Prezidenti yanında AAK-ın texnika bölməsinin eksperti olmuşdur. Hazırda ADNSU-nun 3303. 01- "Kimya texnologiyası və mühəndisliyi" ixtisası üzrə ixtisaslaşdırılmış Elmi Şurasının və Seminarının üzvüdür. Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Y.H.Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutunun 3303. 01- "Kimya texnologiyası və mühəndisliyi" ixtisası üzrə seminarının üzvüdür. 2018-ci il 19 noyabrından Amerika Birləşmiş Ştatlarının "American Journal of Chemical Engineering (AJCHE)" İSSN:2330-8605. 2022-ci ildən "Mediterranen Journal of Chemistry", Morocco və "Fine Chemical Engineering", Singapore Beynəlxalq jurnallarının Redaksiya heyətinin üzvüdür. 185 elmi əsərin, o cümlədən 1 dərslik, 3 dərs vəsaitinin,1 monoqrafiyanın 2 patentin, və 10 metodik vəsaitlərin müəllifidir. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. 2 övladı var. Azərbaycan, rus və alman dillərini bilir. |