Ömürboyu Öyrənmə Məktəbi

Əsas göstəricilər




Ömürboyu Öyrənmə Məktəbi üçün əsas göstəricilər (KPI) aşağıdakı kimi müəyyən edilmişdir:

Qeydiyyat və iştirak:

-       Dinləyicilərin qeydiyyatı və iştirak səviyyəsi;

-       Dinləyiiclərin demoqrafik göstəriciləri və sənaye sektorları üzrə paylanması; 

Proqramı başa çatdırma və müvəffəqiyyət səviyyəsi:

-       Qeydiyyatdan keçdikləri proqramları, kursları və ya sertifikatları uğurla başa vuran iştirakçıların faizi;

-       Proqramların səmərəliliyini (70% mənimsəmə / 80% davamiyyət göstəricisi ilə) qiymətləndirmək üçün tamamlama dərəcələrini və təlim məqsədlərinə nail olunması.

Məşğulluq və karyera təkmilləşdirmə ölçüləri:

-       Proqramları tamamladıqdan sonra yeni iş yerləri təmin edən, karyeralarında irəliləyiş əldə edən və ya öz sahələrinə uyğun yeni bacarıqlar əldə edən iştirakçıların faizi.

-       İş yerləri, yüksəlişlər və sənayelərə uğurlu keçid üzrə karyera nəticələri.

İştirakçı məmnuniyyəti:

-       Təlimin keyfiyyətindən, proqram məzmunundan və ümumi öyrənmə təcrübəsindən iştirakçıların məmnunluğunu qiymətləndirmək üçün sorğular, qiymətləndirmələr və rəylər vasitəsilə məmnunluğun ölçülməsi;

-       İştirakçıların iştirakını və proqramları başqalarına tövsiyə etmə ehtimalı.

Sənayenin tələblərinə uyğunluğu və tərəfdaşlığı:

-       Sənaye tərəfdaşlıqlarını, əməkdaşlıqları və ya sənaye məslhətçilərinin rəylərinin təhlili (proqramların uyğunluq faizinin müəyyən edilməsi);

-       Kurrikulumun sənaye ehtiyaclarına, texnoloji irəliləyişlərə və texniki sektorda yaranan yeni trendlərə uyğunluğunun müəyyən edilməsi (uyğunluq faizi);

Uğursuzluq göstəricisi:

-       Proqramların və kursların müddəti ərzində iştirakçıların yayınma faizi.

-       Proqramın səmərəsini və iştirakçıların cəlb edilməsini artırmaq üçün təhsildən yayınma  və ya tamamlanmama səbəblərini müəyyənləşdirin.

İnvestisiya gəliri (ROI):

-       Ömürboyu Öyrənmə Məktəbinin maliyyə fəaliyyəti üçün ROI.

-       Təhsil haqları, qrantlar və əməliyyat xərcləri kimi amilləri nəzərə alaraq, proqramların icrasına çəkilən xərclərə qarşı əldə edilən gəlir göstəricisi.