TUSAŞ MGP

2022-ci ildən etibarən AzTU və Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) arasında, daha sonrada Milli Aviasiya Akademiyası (MAA) daxil olmaqla yüksək ixtisaslı mühəndis hazırlığı – Mühəndis Geliştirme (MGP) Sertifikasiya Proqramı üztərəfli işbirliyi çərçivəsində həyata keçirilir.

Burada məqsəd kadr hazırlığı istiqamətində TUSAŞ-da mövcud olan ən yaxşı təcrübənin transferidir.

CDIO ailəsinə üzv olan AzTU-nun bu istiqamətdə işlərin aparılması və mühəndis hazırlığının sənayenin tələbələrinə cavab verməklə, layihə yanaşması əsasında ciddi şəkildə ortaya qoyulmasını, tədrislə yanaşı, xüsusilə tədqiqatlara inteqrasiyasına əhəmiyyətli şəkildə dəstəkləyir.

Layihə əsaslı həyata keçirilən MGP Proqramı 4 əsas istiqamətə ayrılır:

  1. konstruktiv dizayn (ümumi dinləyici sayının 30%-i qədər),
  2. konstruktiv təhlil (ümumi dinləyici sayının 30%-i qədər),
  3. uçuş elmləri (ümumi dinləyici sayının 20%-i qədər)
  4. avionika/proqramlardırma (ümumi dinləyici sayının 20%-i qədər). 

Görünüyü kimi bölmələrin əsas ağırlıq təşkil edən hissəsi konstruktur dizayn və konstruktuv təhlil istiqamətləri üzrədir ki, bu da ümumi proqram iştirakçılarının orta hesabla 60%-ni təşkil edir. Qeyd edək ki, sözügedən istiqamət isə mühəndis hazırlığı üzrə universitetlərdə CAD/CAE/CAM üzrə sahəvi proqram təminatlarının yüksək keyfiyyətli tədrisinə uyğunluqdur.

Ümumilikdə 4 ay (16 həftə), istisna hallarda dinləyici qrupun performansı zəif olarsa proqram 5 ayadək (20 həftəyədək) uzadıla bilir. 4 aylıq müddətdə proqram 2 ay nəzəri və sahəvi proqram təminatlarında təlimlər və daha sonra növbəti 2 ayda isə simulyasiya və istehsal ilə başa çatdırılır. Proqram dinləyiciləri ərsəyə gətirilən pilotsuz uçuş aparatını uçuş testlərindən keçirməklə başa çatdırırlar.

Dinləyicilər konstruktuv dizayn istiqaməti üzrə 14, konstruktuv analiz üzrə 6, uçuş elmləri üzrə 6 və avionika/proqramlaşadlrma üzrə 14 nəfər olmaqla təmsil olunur.

Dinləyicilərin 21 nəfəri AzTU-dan (1 nəfər bakalavr 4-cü kurs, 12 nəfər magistr və 4 doktorantura tələbəsi, 3 nəfər müəllim heyətindən olmaqla), 19 nəfəri MAA-dan (6 nəfər bakalavr, 12 nəfər magistr və 1 doktorant) iştirak edir.

AzTU adına təmsil olunan 3 nəfər müdafiə sənayesi klasterlərində fəaliyyət göstərirlər.

Hazırda Proqramda dinləyici qismində iştirak edən 3 nəfər 2024-cü ilin mart ayından etibarən “Bayraktar Texnologiya Azərbaycan” Şirkətinə işə cəlb edilmişlər.

Təlimin həyata keçirilməsi məqsədilə AzTU-da MGP Emalatxanası istifadəyə verilmişdir. 

Keçid:

AzTU, MAA və TUSAŞ yeni nəsil mühəndis hazırlığı üzrə xüsusi proqramın icrasına start verdi

Azərbaycan Texniki Universiteti “AzTU-Turkish Aerospace, MGP 2023” proqramına dinləyici qəbulu elan edir

Azərbaycan Texniki Universitetində KOB Model Müəssisəsi yaradılıb