Ömürboyu Öyrənmə Məktəbi Azərbaycan Texniki Universitetinin struktur bölməsidir.
Məktəb AzTU-nun Elmi Şurasının 27 dekabr 2023-cü il tarixli iclasının 4 saylı Qərarı ilə Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Öyrənmə Mərkəzinin əsasında yaradılmışdır.
Məktəbin yaradılmasındakı bu zərurət rəqəmsal texnologiyaların təsiri ilə sürətli şəkildə dəyişən əmək bazarının tələbini ödəmək, müəllim inkişaf proqramlarının və tələbə bacarıqlarının formalaşması, texniki sahələrdə peşəkarlar və öyrənənlər üçün davamlı təhsil və bacarıqalrın inkişafı imkanlarının genişləndirilməsi üzrə təlabata uyğunlaşaraq, xüsusi proqramların formalaşdırılmasından irəli gəlmişdir.
Belə ki, texniki profilli ixtiyari ali təhsil müəssisəsi kimi AzTU daimi olaraq, rəqəmsal texnologiyaların təsinindən sürətlə dəyişmən əmək bazarının tələbini ödəmək üçün müəllim inkişaf proqramlarının və tələbə bacarıqlarının formalaşması, eləcə də texniki sahələrdə peşəkarlar və fərdlər üçün davamlı təhsil və bacarıqların inkişafı imkanlarının təmin edilməsinə müntəzəm diqqət yetirməyi hədəfləyir.
Odur ki, Ömürboyu Öyrənmə Məktəbi texnologiyanın inkişafı əsasında müasir mühəndislik və biznesin tələb etdiyi fənləri üçün fərdlərin davamlı təhsil ehtiyaclarını ödəmək üçün xüsusi olaraq yaradılmış akademik proqramdır (strukturdur).
Ömürboyu Öyrənmə Məktəbinin məqsədi mühəndislik texniki sahələrdə peşəkarlara və fərdlərə öz biliklərini daim yeniləmək, yeni bacarıqlar əldə etmək və sürətlə inkişaf edən sənayelərdə aktual qalmaq üçün imkanlar təmin etməkdir.
Başqa sözlə ifadə etsək, Ömürboyu Öyrənmə Məktəbinin əsas fəaliyyət istiqaməti Universitetin elmi potensialının sənayeyə ötürülməsi, iqtisadi dəyərə çevrilməsinə töhvə vermək, bazar subyektlərini tədqiqat və inkişaf, innovativ fəaliyyətlərə istiqamətləndirərək universitetin professor-müəllim, inzibati və tələbə heyəti arasında davamlı əməkdaşlığı təmin etmək məqsədilə universitet-sənaye əməkdaşlığı və ömürboyu təhsil istiqamətləri çərçivəsində aşağıdakı fəaliyyətləri həyata keçirməkdir.