Ömürboyu Öyrənmə Məktəbi

TUSAŞ “Lift UP”




TUSAŞ “Lift UP”

Universitet-sənaye əməkdaşlığı istiqamətində 2023/2024-cü tədris ilində ilk dəfə Azərbaycanda – Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) ilə əməkdaşlıq çərçivəsində sənaye yönümlü buraxılış işi – məzun layihələri Müsabiqəsində  Azərbaycan Texniki Universitetində iş aparılmış, çoxsaylı layihə təkliflərindən 3-ü qalib elan olunmuşdu.

AzTU komandaları Türkiyə Respublikasında qalib olan 355 layihə ilə birgə iş aparır. 

TUSAŞ “Lift UP” Müsabiqəsi Türkiyənin qabaqcıl universitetlərində sənayeyə inteqrasiyanın sürətlənməsi məqsədilə TUSAŞ tərəfindən həyata keçirilir.

Müsabiqədə məqsəd sonuncu kursda təhsil alan tələbələrin komanda şəklində buraxılış işi – məzun layihəsi həyata keçirilməsidir.

Bakalavr təhsil səviyyəsini bitirən tələbələr aviasiya problemlərinin həllinə istiqamətlənən mövzularda diplom rəhbərləri və sənaye üzrə məsləhətçilərlə birlikdə TUSAŞ məhsul qrupları (vertolyot, təyyarə, PUA, milli döyüş təyyarələri, kosmik sistemlər və aviasiya konstruksiyaları) üzrə aktual məsələlərin tədqiqində iştirak edirlər.

Qalib layihələr:

AzTU-nun Metallurgiya və Materialşünaslıq və Maşınqayırma və Robototexnika Fakültələrinin IV kurs bakalavr tələblərindən ibarət 3 komanda (13 nəfər tələbə, 3 elmi rəhbər, 3 sənaye məsələhətçisi daxil olmaqla) Sənaye Yönümlü Buraxılış İşi – Məzun Layihələri yerinə yetirirlər.

Layihə üzrə başlangıc görüş (Kick-Off Meeting) 1 dekabr 2023-cü il tarixində keçirilib.

Layihə mövzuları:

“Alətlərin istehsalında istifadə olunan polad lövhələrin və profillərin qaz qaynaq qabiliyyətinə pas, soyuducu və səthin təmizlənməsi təsirinin öyrənilməsi” (Takım Üretiminde Kullanılan Çelik Plaka ve Profillerde Pas, Soğutucu Sıvı ve Yüzey Temizliğinin Gaz altı Kaynak Kabiliyetine Etkisinin incelenmesi),

“Aluminium xəlitəsindən hazırlanan hissələrin emalı üçün qüvvə analizi əsasında kəsici alətlərin modelləşdirilməsi” (Alüminyum Alaşım İşlemesinde Kuvvet Analizlerine Bağlı Olarak Kesici Takım Modellenmesi)

“Nazik divarlı səthlərin mexaniki emal əməliyyatlarında yonqar çıxarma prosesinin analizi“ (İnce Cidarlı Yüksek Duvarlarda Talaş Kaldırma Operasyonları)

TUSAŞ tərəfindən sənaye məsləhətçiləri:

Sərdar 

Layihə büdcəsi:

Hər biri 20.000 TL olmaqla cəmi 60.000 TL təşkil edir.

Keçid:

AzTU tələbələri “TUSAŞ Lift Up” müsabiqəsinin qalibi olub