Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.

Təşkilatın əsas fəaliyyəti

Komitənin fəaliyyəti 4 əsas prinsip üzərində qurulmuşdur:

Cismən və ruhən sağlam gəncin formalaşması

“Sağlam bədəndə sağlam ruh” prinsipini əsas tutaraq müxtəlif idman növlərində - futbol, basketbol, voleybol və s. yarışlar keçirilir. Bu tədbirlər həm sağlam gənclərin yetişdirilməsində, həm də onların zərərli vərdişlərdən uzaq olmasında köməklik göstərməklə yanaşı, çox ciddi problem olan məşğulluq məsələsində də önəmli bir addımdır.Bununla yanaşı hər il mütəmaddi olaraq Ümumilli Lider  Heydər Əliyevin anadan olması münasibətilə ənənəvi fakültələr arasında müxtəlif idman növləri üzrə yarışlar keçirilir və qaliblər mükafatlandırılır.

Tələbələrə sosial dəstək

Məlumdur ki, Azərbaycan Texniki Universitetində təhsil alan tələbələr arasında aztəminatlı, qaçqın və şəhid ailələrindən olan gənclər böyük pay təşkil edir. Onlara maddi dəstək vermək üçün Komitə müəyyən işlər yerinə yetirir. Məsələn, yataqxana probleminə görə Hər il 300-ə qədər tələbəmizi universitetimizin yataqxanasında yerlə təmin edirik. Hər ay 35 aztəminatlı  tələbəyə universitet yeməkxanasında pulsuz nahar yeməkləri üçün talon verilir. Bununla belə, maddi çətinliyə düşən və THİK-ya müraciət edən tələbələrə də fərdi qaydada köməklik göstərilir. Qeyd etmək lazımdır ki, bu məsələlərdə daha çox əlaçı tələbələrə üstünlük verilir. Bunlarla yanaşı, dövlət təqaüdü almayan, lakin əlaçı olan bir neçə tələbə həvəsləndirici təqaüdə layiq görülüb.Maddi imkanı aşağı olan tələbələrə maddi yardımlar ayrılır.

Vətənpərvərlik ruhunun formalaşdırılması və gənclərin milli dəyərlərimizə hörmətlə yanaşması uğrunda görülən işlər

Bu istiqamətdə görülən işlər arasında 20 Yanvar şəhidlərinin qəbrini ziyarət etmək , ümumilli lider Heydər Əliyevin qəbrini ziyarət etmək, vətənimizin müstəqilliyi yolunda öz canlarından keçmiş vətən övladlarının uyuduğu yerlərə tələbələrimizin aparılması . Milli adət-ənənələrin tələbələrə aşılanması məqsədilə  ən gözəl bayramlarımızdan olan ”Novruz” bayramının qeyd edilməsi. 7 fakültənin hər birinin böyük həvəslə ərsəyə gətirdiyi Novruz güşələrində böyük tarixi əhəmiyyət daşıyan Bahar bayramının keçirilməsi ilə bağlı olan bütün adət və ənənələr öz əksini tapır.

Ünsiyyətli gəncin yetişdirilməsi

Ölkənin gələcəyi olan gənclərin dövlətimizi layiqincə təmsil etmələri üçün rahat ünsiyyət yaratmaları, fikirlərini sərbəst ifadə etmələri şərtdir. Bu baxımdan THİK tərəfindən müxtəlif mövzularda keçirilən debat və disputlar böyük önəm daşıyır.

Məhz bu dörd prinsipin vəhdəti uğurlu nəticə verir. Bunu dərk edən Komitə heç bir istiqamətdə işlərin axsamasına şərait yaratmır.

Komitənin ən mühüm fəaliyyətlərindən biri də ondan ibarətdir ki, gündəlik qayğılarına qapanıb qalan istedadlı tələbəni gündəmə gətirir, onu ictimai fəaliyyətə cəlb edir. Həmin tələbəni mühüm elmi-ictimai bacarıq vərdişlərinə yiyələndirən təşkilat onu universitetin ən ali müstəvisinə qədər aktuallaşdırır. Komitə özünün 41 illik fəaliyyəti dövründə neçə-neçə istedadlı tələbəni universitetin gündəminə gətirməklə ictimaiyyətin diqqətinə çıxarmış və hamı onun qabiliyyətinə öz müsbət münasibətini bildirmişdir.