Tələbə Həmkarlar İttifaqi Komitəsinin nəznində bir sıra dərnəklər fəaliyyət göstərir.
1. Mədəniyyət dərnəyi
Azərbaycan Texniki Universiteti həm elm, həm də mədəniyyət sahəsində ölkəmizin ən öncül təhsil müəsisələrindən biridir.Respublika səviyyəli proqramlarda çıxışlarda AzTU –nun tələbələri həmişə ön sıralarda olmuşlar.Belə istedadlı tələbələri bir araya gətirmək və onlara lazimi şəraiti yaratmaq Tələbə Həmkarlar İttifaqı Komitəsinin ən vacib vəzifələrindəndir.Bu məqsədlə də THİK-in nəznində Mədəniyyət dərnəyi fəaliyyət göstərir, mehriban kollektivimiz üçün ayrıca dərnək otağı ayrılmış və hər bir şərait yaradılmışdır.Bunun nəticəsidir ki, tələbələrimiz respublika səviyyəli tədbirlərdə məharətlə çıxış edərək universitetimizin adını daima ən yüksək zirvələrdə tutmuşlar.Bunun ən bariz nümunəsi olaraq hər il mütəmaddi olaraq keçirilən ümumilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş bədii yaradıcılıq konsertində universitetimiz çox yüksək səviyyədə təmsil olunur və ildən-ilə uğurlarımız artmaqdadır.Bundan başqa universitet daxilində mütəmaddi olaraq tədbirlər təşkil edilir və dərnəyimizin tələbələri xalqımızın milli bayramlarında xalqımız üçün əlamətdar olan bayramlarda öz çıxışlarıyla ən xoş sözlərə layiq olduğunu bir daha sübut edir.
2. İntellektual klub
Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəznində fəaliyyət göstərən İntellektual klubumuz universitetimizin intellektli tələbələrini bir araya gətirir və universitetimizin bu sahədə respublika səviyyəsində layiqincə təmsil edilməsi məqsədilə klubun fəaliyyəti üçün hər bir çərait yaradılır.Hələ tədris ilinin əvvəlində universitetə yeni daxil olmuş tələbələrlə görüşlər zamanı kubun fəaliyyəti ilə bağlı tələbələr məlmatlandırılır və intellektli tələbələr klubun rəhbəri ilə əlaqələndirilərək kluba cəlb edilir.Bu istiqamətdə aparılan işlərdən biri və ən birincisi də universitetimizin fakültələri arasında İntellektual oyunların təşkili və qaliblərin mükafatlandırılması və intellektli tələbələrin aşkarlanaraq klubun heyyətinə cəlb edilməsidir.Təsadüfi deilki İntellektual klubumuz universitetlər arasında öz layiqli yerini tapmışdır və hər zaman ön sıralarda olmuşdur.
3. Idman klubu
Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin asudə vaxtalının səmərəli təşkili məqsədilə bir çox lahiyələr həyata keçirir ki , bunlardan biri də idman tədbirləridir.Tədris ilinin əvvəlindən başlanılaraq universitetimizin İdman klubu ilə birlikdə tələbələrimizin asudə vaxtlarının təşkili məqsədilə bir sıra idman yarışları təşkil edilir.Bunlara Mini-futbol, valeybol, şahmat, stolüstü tennis, dama, güləş ,basketbol yarışlarını misal göstərmək olar.Tədris ilinin əvvəlindən başlanılan bu təşəbbüs tədris ilinin sonunadək ardıcıllıqla davam etdirilir ki, bu da tələbələrin asudə vaxtlarının təşkili , bacarıqlı tələbələrin aşkarlanması , mükafatlandırılması və universitetin komandasının heyyətinə cəlb edilməsinə səbəb olur. Komitəmizin ən öndə vəzifələrindən biri olan cismən və ruhən sağlam gəncin yetişməsi məqsədilə belə yarışların mütəmaddi olaraq keçirilməsini təşkil etmək ən şərəfli vəzifələrimizdən biridir.