Komitənin üzvü olmaq üçün bir tələbə nə etməlidir?
Quruma üzv qəbul olmaq çox sadədir. Təşkilatın Əsasnaməsini qəbul edən Azərbaycan Texniki Universitetinin hər bir tələbəsi bu quruma üzv ola bilər.
Təşkilatın üzvü aşağıdakı hüquqlara malikdir:
1. Təşkilatın rəhbər orqanlarını seçmək və seçilmək;
2. Təşkilatın fəaliyyətinə aid olan məsələlərin müzakirəsində sərbəst iştirak etmək;
3. Təşkilatın müdafiəsindən istifadə etmək;
4. Təşkilat tərəfindən həyata keçirilən tədbirlərdə iştirak etmək.
Təşkilatın üzvləri Əsasnamənin müddəalarına əməl etməyə və rəhbər orqanların qərarlarını yerinə yetirməyə borcludurlar. Əks təqdirdə onlar İdarə Heyəti və ya yerli təşkilatlar tərəfindən təşkilata üzvlükdən azad oluna bilərlər.
Tələbələr ən çox hansı problemlərlə komitəyə müraciət edirlər?
Təşkilat imtahanların gedişində yaxından iştirak edir və tələbələrin ən çox müraciət etdikləri sessiya nəticələri ilə bağlı onların hüquqlarının müdafiəçisi kimi fəaliyyət göstərir. Komitənin sədri universitetdə yaradılan bütün komissiyalarda təmsil olunur (Apellyasiya Komissiyası və s.). Komitə çox vaxt məsələnin tələbənin xeyrinə həll olunmasına nail ola bilir.
Problemlə üzləşən hər bir tələbə birbaşa universitetin 1-ci binasında yerləşən Komitənin qərargahına, ya da hər fakültə üzrə təyin olunan köməkçilərə müraciət edə bilər.